“Rəhim Qazıyev xüsusi təkid etməsə onunla debata çıxmağa ehtiyac duymuram. Xüsusi olaraq mütləq ictimaiyyət və mətbuat qarşısında hansısa aydınlıq, izahat istəyirsə və mənə müraciət olunsa nəzərə alaram”x9d.
Bunu Moderator.az-a açıqlamasında keçmiş baş nazir Pənah Hüseyn keçmiş müdafiə naziri Rəhim Qazıyevin dəyirmi masaya dəvət etməsinə münasibət bildirərkən deyib.xa0
Pənah Hüseyn qeyd edib ki, bu gün həll olunmalı, aydınlıq gətirilməli daha vacib məsələlər var: “Hesab edirəm ki, bütün bu məsələlər tarixdə qalıb. Bizim dediklərimizə də, haqqında başqalarının dediklərinə də Rəhim Qazıyev zaman-zaman cavab verib. Ölkənin indiki ictimai-siyasi vəziyyətində bu mövzunu aktual hesab etmirəm”x9d.xa0
Qeyd edək ki, Rəhim Qazıyev Moderator.az vasitəsilə indiyə qədər ittiham edən qüvvələri dəyirmi masaya dəvət etmişdi: “Mən sizin redaksiyada Pənah Hüseyn, Arif Hacılı, İsa Qəmbəri, Sülhəddin Əkbəri xa0dəyirmi masaya dəvət edirəm. Nə qədər ki, hamımız sağıq bərabər oturaq, onlar iddialarını irəli sürsünlər, mən də cavablarımı verim. Mən müttəhim kürsüsündə oturum, onlar da otursun hakim, prokuror kürsüsündə. Qeyrətli, namuslu qələm sahiblərini də ora toplayaq, həmin jurnalistlər də suallarını versinlər mənə. xa0Həm səhvlərimizi, günahlarımızı ortaya qoyaq, həm də bu məsələlərə birdəfəlik son qoyaq. Bir şəhərdə yaşaya-yaşa monoloq söyləmək istəmirəm. Pənah Hüsey həmin dəyirmi masada mənim xırda olsa belə bircə ticarət obyektimin olduğunu sübut etsə, hər kəsin qarşısında ondan üzr istəməyə hazıram. Halbuki Pənah Hüseyndən üzr istəməkdənsə ölüm təcridxanasında yatmağı daha üstün tuturam. Ancaq söz verirəm ki, mənim ən azı xırda bir siqaret köşkümün olduğunu sübut etsə üzr istəyəcəm. Bunlar 23 il məndən danışırlar və hələ də yorulmayıblar. Halbuki məndən sonra Kəlbəcəri də, Ağdərəni də, üstəlik 6 rayon verdilər, ancaq yenə də günahkar məni saydılar”x9d. xa0
Rumiyyəxa0




























































































