"Elçin erməni baş redaktordan tələb etdi ki, Zori Balayanı ifşa etsin"

Hazırda oxunan: "Elçin erməni baş redaktordan tələb etdi ki, Zori Balayanı ifşa etsin"

123633
Ədəbiyyatşünas Məti Osmanoğlu uzun müddət Azərbaycan Yazıçılar İttifaqının tərkibində “Qrakan Aderbecan”x9d (Ədəbi Azərbaycan") jurnalının baş redaktoru olan  və sonuncu romanında məkrli qeydləri ilə seçilən erməni Levon Adyan haqqında Moderator.az saytına danışıb. Qeyd edək ki, L. Adyan “Uzaqlaşan sahil”x9d adlı romanında qondarma erməni xülyalarını təbliğ etməklə yanaşı bir neçə azərbaycanlı yazıçıdan da bəhs edib:

“Levonla Abbas Abdullanın bir dialoqu yadıma düşür. Abbas müəllim Levona demişdi: hər türkün boynuna bir erməni öldürmək düşür. Levon, icazə ver səni də mən öldürüm...”x9d

M. Osmanoğlu başqa erməni haqqında da maraqlı detala toxunub:
“Hələ 1986-cı ildə Yazıçılar İttifaqında bir tədbirdə Elçin "Ocaq" kitabı barədə məlumat verdi və İttifaqın orqanı olan "Qrakan Aderbecan" (Ədəbi Azərbaycan) jurnalının baş redaktoru Vladimir Abramyandan tələb etdi ki, həmin kitabla əlaqəli jurnalda yazı versin, Zori Balayanı ifşa etsin. Abramyan konkret dedi ki, belə yazını verə bilməz və verməyəcək. Vermədi də... Qeyd edim ki, Elçin o zaman Yazıçılar İttifaqının katibi idi”x9d.

Elmin Nuri


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO