Mehriban Hüseynovanın əri: “Başqa əlacımız yoxdur... ”x9d

Mehriban Hüseynovanın əri: “Başqa əlacımız yoxdur... ”x9d

Hazırda oxunan: Mehriban Hüseynovanın əri: “Başqa əlacımız yoxdur... ”x9d

121925
Müğənni İlhamə Quliyevanın həbs etdirdiyi köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov xanımı barəsində çıxarılan apellyasiya qərarından şikayətlənib. 

“Yeni Müsavat”x9da danışan T.Hüseynov  Bakı Apellyasiya Məhkəməsinin işə ədalətli yanaşmadığını deyib:
“Sistemimiz düzgün işləmir. Mehriban Hüseynova barəsində bu qədər cinayət işi görülüb, bununla bağlı məhkəməyə faktlar vermişik, lakin işə ədalətli baxılmır. 
Bundan əvvəl açıqladığım kimi, Apellyasiya Məhkəməsi də bu cür qərar verdiyindən artıq  Avropa Məhkəməsinə müraciət edəcəyik. Başqa əlacımız yoxdur... “

Qeyd edək ki, T.Hüseynov bir neçə gün bundan öncə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova məktub ünvanlayaraq  M.Hüseynova barəsindəki istintaq işinin nəzarətə götürülməsini xahiş etmişdi. T.Hüseynov müraciəti ilə bağlı son vəziyyəti belə açıqlayıb:
“Müraciətimə baxmayaraq hələlik heç bir yenilik, xəbər yoxdur”x9d.
Qeyd edək ki, fevralın 17-də Bakı Apellyasiya Məhkəməsində xalq artisti İlhamə Quliyevanın həbs etdirdiyi köməkçisi Mehriban Hüseynovanın apellyasiya şikayətinə baxılıb. M. Hüseynovanın vəkili Vasif Mirzəyevin Lent.az-a verdiyi məlumata əsasən, məhkəmə Səbail rayon Məhkəməsinin Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılması ilə bağlı verdiyi qərarı qüvvədə saxlayıb.
Xatırladaq ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, müğənni İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO