Siyavuş Novruzov:

Siyavuş Novruzov: "5000-dən çox bələdiyyə kimə lazımdır?"

Hazırda oxunan: Siyavuş Novruzov: "5000-dən çox bələdiyyə kimə lazımdır?"

121004
Bələdiyyələrin fəaliyyəti ilə bağlı çıxış edən deputat Siyavuş Novruzov ölkədə bələdiyyə sədrlərinin və bələdiyyə üzvlərinin çox olmasından şikayətlənib. 

Moderator.az xəbər verir ki, deputat bələdiyyələrlə bağlı qanunvericilikdə ciddi dəyişiklik edilməsini təklif edib. “Bələdiyyələrlə bağlı gözəl qanunlar qəbul edilib. Burada bələdiyyələrin inkişafına nail olunmasının çıxış yolları axtarıldı. Biz növbəti bələdiyyə seçkilərinə qədər addımlar atmalıyıq. Bələdiyyənin birinin birləşdirilməsi həyata keçirildi. Bu digərlərinə də aid edilməlidir. Yasamal rayonundan 3 deputat seçilir, 19 bələdiyyə sədri, bu qədər bələdiyyə nəyə lazımdır. Hamısı tələb edir ki, torpaq, əmək haqqı ver. Bələdiyyələrin maksimununu 9, minumunu isə 1-ə çatdırmalıyıq. Bəzi kəndlərdə adam axtarılır ki, bələdiyyə üzvü olsun, amma tapıla bilmir. Burada ciddi dəyişiklik edilməlidir ki, bələdiyyələr normal işləsin. 200 nəfər sakini olan kəndə 5 nəfər bələdiyyə üzvi seçirik. Bunun nə əhəmiyyəti var? Qanunvericilikdə ciddi şəkildə dəyişiklik etməliyik, bələdiyyələrin sayını azaltmalıyıq. 5000-dən çox bələdiyyə kimə lazımdır?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO