Evli sevgilisi Nigarı onda olan uyğunsuz fotoları ilə şantaj edib...

Evli sevgilisi Nigarı onda olan uyğunsuz fotoları ilə şantaj edib...

Hazırda oxunan: Evli sevgilisi Nigarı onda olan uyğunsuz fotoları ilə şantaj edib...

120561
Redaksiyamıza bu gün gündəmi zəbt edən 23 yaşlı tələbə qızın intiharı ilə bağlı tükürpərdici iddialar daxil olub

Vahabovlar ailəsinə yaxın olan və adının çəkilməsini istəməyən şəxsin  verdiyi məlumatda Nigar Vahabovanın ölümünün pərdəarxasındakı sirləri açıqlığa qovuşur.

Həmin şəxsin dediklərinə əsasən, Nigarın intihar etməsinə səbəb onun Həsən (ad şərtidir) adlı sevgilisidir. Nigarla oğlanın 3 illik münasibəti olub. Daha sonra mərhum Nigar Vahabova sevgilisinin evli olduğunu öyrənib və ondan ayrılmaq qərarına gəlib.

Həsən (ad şərtidir) isə ayrılığa razı olmayaraq Nigara müxtəlif yollarla təzyiqlər göstərib. Nigarı onda olan uyğunsuz fotoları ilə şantaj edib. Bütün bunlara dözməyən gənc qız çıxış yolunu intiharda görüb.

Mənbənin daha bir iddiasına görə, Nigarın meyidini ipdən asılı vəziyyətdə ilk tapan da elə həmin oğlan olub. Onun meyidini ipdən açaraq yatağa uzatdıqdan sonra təlaşla hadisə yerindən qaçıb.

Həmin şəxsin Yasamal polisi tərəfindən həbs olunduğu bildirilir.

Qeyd edək ki, Nigar Vahabova dünən Bakıda 23 yaşlı qız yaşadığı evdə özünü asaraq intihar edib. Hadisə fevralın 8-i saat 19 radələrində Yeni Yasamal 2, bina 5 ünvanında qeydə alınıb. N.Vahabova Koorperasiya Universitetinin 3-cü kurs tələbəsi olub.(Ölkə.Az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO