Məhəmməd Əsədovun həyat yoldaşı:

Məhəmməd Əsədovun həyat yoldaşı: "Tamerlan Qarayevin ittihamını analiz etsələr..."

Hazırda oxunan: Məhəmməd Əsədovun həyat yoldaşı: "Tamerlan Qarayevin ittihamını analiz etsələr..."

120291
“Həmin vertolyotun qəzaya uğraması Tofiq İsmayılovun səhlənkarlığı ucbatından necə ola bilərdi ki. Birincisi Tofiq İsmayılov vertolyotu idarə etmirdi ki, səhlənkarlıq edə. İkincisi də Tofiq İsmayılov hardan bilə bilərdi ki, vertolyot vurulacaq".  

Bunu Moderator.az-a açıqlamasında Qarakənd faciəsi zamanı həlak olmuş daxili işlər naziri general-mayor Məhəmməd Əsədovun həyat yoldaşı Məleykə Əsədova bildirib.  

Məleykə Əsədovanın sözlərinə görə, əgər kimsə bunu Tofiq İsmayılovun adından deyirsə demək ki, həmin adam özü vertolyotun vurulacağını bilirmiş: "Necə olur ki, vertolyotda gedənlərin heç biri bunu bilmirdi, ancaq Tamerlan Qarayev belə bir ittiham irəli sürür. Sevinc xanımın dediklərinə həqiqət var. Düşünürəm ki, politoloqlar, siyasətçilər Tamerlan Qarayevin ittihamını analiz etsələr, daha dəqiq nəticə əldə edə bilərlər”x9d.

Xatırladaq ki, həmin qəzada həlak olmuş Osman Mirzəyevin qızı jurnalist Sevinc Osmanqızı Azərbaycanın İndoneziyadaki səfiri Tamerlan Qarayevi sərt tənqid etmişdi: "Mənim Tamerlan Qarayevlə bir deyil, bir neçə müsahibəm olub. Bu söhbətlərdə məni ən çox təsirləndirən onun Tofiq İsmayılov barədə dediyi sözlər olub. O, hər dəfə inandırmağa çalışıb ki, vertolyot faciəsinin günahkarı elə Tofiq İsmayılov olub ”“ bilib ki təhlükəli yerə gedir, səhlənkarlıq edib, gedib, özü də ölüb. Hayıf Tofiq İsmayılovun Tamerlan Qarayevə cavab vermək imkanı yoxdur. Olsaydı, bəlkə ona deyərdi ki, biz igid, mərd olmuşuq, sənsə ”“ alçaqsan!!!”x9d.

Rumiyyə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO