“Bir vəzifədə 10 ildən artıq çalışanlara heykəl qoyulsun”x9d

“Bir vəzifədə 10 ildən artıq çalışanlara heykəl qoyulsun”x9d

Hazırda oxunan: “Bir vəzifədə 10 ildən artıq çalışanlara heykəl qoyulsun”x9d

117110

Moderator.az xəbər verir ki, ADR sədrinin müavini Səxavət Əlisoy facebook səhifəsində Milli Məclis təmsilçilərinə yönəlik ironik təkliflə çıxış edib. S.Əlisoy bir vəzifədə 10xa0 ildən çox təmsil olunan məmurlara öz heykəllərini qoymaq üçün icazə verilməsini təklif edib. S.Əlisoyun qənaətincə, bu təklifin qəbulu müəyyən qisim insanın işə olan tələbatını da qarşılaya bilər:

Parlamentin çöx möhtərəm deputatları bu soyuq havada əziyyət çəkib növbədənkənar iclas keçirirsə, bu məsələni də müzakirəsinə razılıq versə, güman edirəm ki, zəhmətkeşlərimizin könlü şad olar.xa0
Məsələdə də ondan ibarətdir ki, cümlə Azərbaycanda 10 ildən artıq bir vəzifəni tutan nazirlərə, icra başçılarına, direktorlara, sədrlərə, rəislərə, müxalifət partiyalarının həşəmətli rəhbərlərinə, özünü böyük alim, ağsaqqal, dahi, müdrik, əvəzedilməz sayanlara və əlbəttə ki, deputatlara evinin qarşısında, yaxud iş yerində heykəlini qoymağa icazə verilməlidir. Nədən ki, bu günkü Azərbaycanın çiçəklənməsində o zatların xüsusi əməyi var.xa0
Məsələ müsbət həll olunduğu halda Bakıda, rayon mərkəzlərində heykəlqayırma zavodları açılar və nə qədər zəhmətkeşimiz heykəlqayırma sayəsində ailəsinə çörək pulu qazanar”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO