Rüfət Səfərov həbs edildi- Yenilənib

Rüfət Səfərov həbs edildi- Yenilənib

Hazırda oxunan: Rüfət Səfərov həbs edildi- Yenilənib

116288
Bu gün barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi açılan Rüfət Səfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət olunaraq saxlanılıb.

Moderator.az  xəbər verir ki, YAP-çı, keçmiş deputat və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qəti- imkan tədbiri seçilib. 

Qeyd edək ki, bir müddət əvvəl prokurorluq orqanlarından istefa verdikdən bir neçə gün sonra rəsmən xaric edilən Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərovun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılmışdı. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO