Bunu Moderator.az-a açıqlamasında politoloq Şahin Cəfərli bildirib.
Şahin Cəfərlinin sözlərinə görə, sərt, çox ağır qarşılıqlı ittihamlar olur, lakin dövlətlər arasındakı problemlərin bu cür şəxsiləşdirilməsi və qarşı tərəfə həqarətlər edilməsi az rast gəlinən bir hadisədir: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu və qızının İŞİD terrorçuları ilə neft alverində günahlandırılması da bu kontekstdən qiymətləndirilməlidir, bu da bir növ, qurşaqdan aşağı vurulan zərbədir və siyasi etikadan uzaqdır.xa0xa0
Bu, onu göstərir ki, Putin Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurula biləcəyi ehtimalını ağlının ucundan belə keçirməyib və hadisənin şokundan hələ də çıxa bilməyib. Kreml sahibi uzun illərdir formalaşdırdığı imicinin və xarizmasının bir anda cızıldığının fərqindədir (həm də qətiyyən gözləmədiyi ölkə tərəfindən) və bunu həzm etməkdə çətinlik çəkir, hətta olayı şəxsi qürur məsələsinə çevirib. Putinin bu mövqeyi Rusiya-Türkiyə münasibətlərini yaxın dövrdə normallaşması ehtimalını heçə endirir. Hətta Putinin bu məsələnin gündəmdə qalmasında və gərginliyin artmasında maraqlı olduğunu söyləyə bilərik. Çünki məqsəd nəyin bahasına olursa olsun Türkiyəyə cavab zərbəsi endirmək və onu cəzalandırmaqdır. Lakin canlı yayında, bütün dünyanın gözü qarşısında qəzəblənib özündən çıxmaq, qızarıb-bozarmaq Putinin reputasiyasına müsbət xallar əlavə etmir. Əksinə, bu, acizlik və zəiflik əlamətidir".
Qeyd edək ki, Rusiya dövlət başçısı Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında Türkiyənin ünvanına təhqiramiz fikirlər səsləndirib.
































































































