Xəbər verdiyimiz kimi, tanınmış vəkil Adəm Məmmədov məhkəməyə hörmətsizlik maddəsi ilə istintaqa cəlb olunub... Bu gün ona istintaqa məcburi gətirilmə ilə bağlı aidiyyəti polis şöbəsindən çağırış da gəlib. Lakin bu qərara etiraz verərək dekabrın 16-da istintaq orqanında ittihamla tanış olmağa razılaşıb.
Bəs, əslində, nə baş verir?xa0
Moderator.az vəkil Adəm Məmmədovun mövzu ilə bağlı“Təzadlar”x9da verdiyi müsahibəni xa0təqdim edir.xa0
- Adəm müəllim, ötən müsahibənizdən belə qənaət hasil olurdu ki, sizin cəzalanmağınıza tələsən məmur var. Kimdir o yüksək çinli məmur və hazırda bu iş üzrə istintaq hansı mərhələdədir?
- Müstəntiq Malik Səfərov bu gün mənim istintaqa məcburi aparılmağımla bağlı qərar da qəbul etdi...
- Məgər siz istintaqdan yayınırdınız ki?
- Qətiyyən... Əksinə, mən bu istintaqın hərtərəfli və ədalətli, qanun çərçivəsində araşdırılmasını istəyirəm. Amma çox maraqlıdır ki, bütün bu şounun mahiyyətində o durur ki, 29.06.2015-ci il tarixində Yasamal rayon Məhkəməsində Cəbrayılın icra başçısı Mahmud Quliyevin şərəf və ləyaqətin müdafiəsi ilə bağlı Habil Vəliyevə və onun redaktoru olduğu “Gündəlik Bakı”x9d qəzetinə qarşı qaldırdığı bir mülki iddia üzrə məhkəmə baxışı keçirilirdi”¦ Peşə fəaliyyətimi yerinə yetirərkən, birbaşa məhkəmə zalındaca heç bir əsas olmadan, Habil Vəliyev məni söyüb təhqir etməyə başladı.
O, təhqiramiz ifadələr işlətməyə davam etdi, o cümlədən birbaşa olaraq mərhum atamı təhqir etdi. Mən bütün bunlara görə məhkəmədən xahiş etdim ki, baş verənlər protokola yazılsın və icra məmurlarının prosesdə iştirakı təmin edilsin... Lakin bu qalmaqal uzandı, üstündən 5 ay keçməsinə baxmayaraq indiyə qədər Habil Vəliyevə qarşı heç bir tədbir görülmədi... Lakin bu yaxınlarda mən həbs olunmuş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun hüquqlarını müdafiə etmək üçün araşdırma aparan zaman MTN şəbəkəsinin hələ açılmamış xeyli cinayətlərini üzə çıxardım. Şok detallar barədə aidiyyəti dövlət qurumlarına müraciətlər göndərdim ki, nə qədər gec deyil, tədbirlər görülsün. Bu müraciətdə, həmçinin ədliyyə nazirinin hələlik adını çəkmək istəmədiyim bir müavinin də adı var idi. Bundan bir neçə gün sonra Ədliyyə Nazirliyinin istintaq idarəsinin müstəntiqi Malik Səfərov mənə zəng edərək bildirdi ki, guya mən 5 ay əvvəl “Gündəlik Bakı”x9d qəzetinin baş redaktoru Habil Vəliyevi döyüb, söyüb, təhqir etmişəm... Mənə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289-cu maddəsi ilə-məhkəməyə hörmətsizlik-cinayət işi başlandı... Mən bu qurama və sifarişli işlə bağlı Prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyevə, Baş prokuror Zakir Qaralova, Daxili işlər naziri Ramil Usubova müraciət yazdım. Bundan sonra isə mənə qarşı təzyiqlər daha da artdı. Təsəvvür edin ki, mənim tərəfimdən məhkəmə zalında qayda yaradılması üçün dəvət etdiyim icra məmurları, hansı ki, bildirmişəm ki, Habil Vəliyev məqsədli şəkildə, heç bir səbəb olmsdan məni məhkəmə zalında söyüb və təhqir edib, söyüş söyüb, ona qarşı tədbir görülsün, əksinə, onlar sonradan akt tərtib edirlər ki, guya mən Habil Vəliyevi döymüşəm, məhkəməyə hörmətsizlik etmişəm. Habil Vəliyev bilirdi ki, mənim atam dünyasını dəyişib. Və Habil Vəliyev mənim xəbərim olmadan Məhkəmə Tibb Ekspertizasına müraciət edib ki, guya ona xəsarət yetirilib, rəy versinlər. Lakin ekspert rəy verib ki, onun heç bir xəsarəti yoxdur. Mən bundan istintaq materialları ilə tanış olanda xəbər tutdum”¦ Bu günlərdə isə açıqlama verir ki, mən ona qələm atmışam”¦ Təsəvvür edirsinizmi, istintaq sənədləşmə aparır ki, mən onu döymüşəm, “döyülən”x9d isə açıqlama verir ki, yox, mən ona məhkəmə zalında qələm tullamışam. Vəfat etmiş valideyni məhkəmə zalında söyüb təhqir etmək cinayətdir, yoxsa bu söyüşü edənə qələm tullamaq??? Hansı ki, heç bu da olmayıb...xa0
- Sizi sabah idarəyə çağırıblar?
- Bəli, Ədliyyə Nazirliyinin istintaq idarəsinin müstəntiqi Malik Səfərov mənə zəng edərək bildirdi ki, özümə vəkil tutum, dekabrın 16-da idarədə olmalıyam, təqsirləndirilən şəxs olaraq mənə qarşı ittiham irəli sürüləcək. Mən dəfələrlə Baş Prokurorluğa rəsmi ərizə ilə müraciət edərək bildirmişəm ki, bu işin sifarişçisi mənə qarşı qərəzli mövqedə olan ədliyyə nazirinin müvinidir, odur ki, burada istintaq obyektiv aparıla bilməz.xa0
- Baş Prokurorluqdan xahişiniz nə olub?
- Xahişim bu olub ki, toplanmış material qeyd etdiyim səbəbə görə nəzarət qaydasında Ədliyyə Nazirliyinin istintaq idarəsindən alınaraq Baş Prokurorluğun nəzarətinə verilsin, burada istintaq olunsun. Lakin olduğum mötəbər orqanın məsul əməkdaşları dolayısı ilə çatdırıblar ki, bu işdə maraqlı tərəf ədliyyə nazirinin müavini olduğundan gücümüz çatmır. Yəni, istəyirəm ölkəmizin Prezidenti də bilsin ki, Baş Prokurorluqda ədliyyə nazirinin həmin müavinindən çəkinirlər, qanundan yox, ondan qorxurlar...xa0
- Həmin nazir müavini nə tələb irəli sürür ki?
- Mənim həbsimi istəyir...xa0
- Niyə, siz ona neyləmisiniz ki?
- Bəzi islahatlarla bağlı mən aidiyyəti dövlət qurumlarına rəsmi sorğu göndərmişdim. Sorğuda həmin nazir müavininin də adı keçirdi... Təsəvvür edirsinizmi, hazırda ayrı-ayrı vergi subyektlərinin dövlət büdcəsinə 12 milyard manat borcu var, amma məhkəmə icraçıları bunu ödətdirə bilmirlər. Ədliyyə Nazirliyinin icra məmurları da həmin nazir müavininin kurasiyasındadır, həm də istintaq... Özünüz nəticə çıxarın ki, həmin nazir müavini icra məmurlarına akt tərtib etdirir, sonra da göndərtdirir istintaqa. Hansı ki, yuxarıda dedim, ikisi də onun kurasiyasındadır.xa0
- Həmin nazir müavini ilə münaqişənizin kökü hardan başlayıb?
- Bildirim ki, mən uzun illər Ədliyyə Nazirliyində çalışmışam. Həmin vaxtlar da həmin nazir müavini ilə problemlər yaşamışam... Münasibətlərimizdə gərginlik olub.
- Səbəbi bilmək olarmı?
- Səbəbini gələcəkdə açıqlayacağam... Bu sırada həmin nazir müavininin qruplaşmalar yaratması, nazirlikdə nə işlə məşğul olması və s. məsələlər də var. Bu barədə mən zamanında ədliyyə nazirinə yazılı məlumat da vermişəm, lakin çox təəssüflər olsun ki, nəticə ziyanıma oldu. Əslində onların planı başqa idi...
- Nə mənada?
- Onların arzusu bu idi ki, mən məhkəmədə Habil Vəliyevi döyməli idim, söyüb təhqir etməliydim... Amma bu şou alınmadı, keçdilər məhkəməyə hörmətsizliyə... İndi belə çıxır ki, hakimin şikayəti yoxdur, amma məhkəmə icraçıları “görüblər”x9d ki, mən məhkəməyə hörmətsizlik etmişəm... Absurd iddia! Amma mən bu provokasiyaya getmədim, sona kimi təmkinli oldum.xa0
- Dekabrın 16-da sizi istintaqda nə gözləyir, Habil Vəliyevi döyməyə görəmi ittiham edəcəklər?
- Yox, bilirsiniz ki, Habil Vəliyev artıq özü mətbuatda bilərəkdənmi, bilməyərəkdənmi, deyib ki, mən guya ona qələm atmışam... Mənə çatan məlumata göğrə isə, Habil Vəliyev çətin durumdadır. Məlumat var ki, o, ətrafına etirazla bildirib ki, onu oyuna salıblar, belə münaqişəni istəməzdi, amma... Belə alınıb. Hətta ola bilsin o, istintaq gedişində bu qurama ittihamı rədd də etsin... Tutaq ki, o, məni ağır formada təhqir edib, mən də ona qələm atmışam... Hansı ki, belə olmayıb. Siz deyin, belə olan halda ölkənin az-çox tanınan vəkilini istintaqa cəlb etmək olarmı? Doğrudanmı onlar hesab edirlər ki, bununla da nəyəsə nail olacaqlar? Bilirsiniz ki, mənim çıxdığım qalmaqallı işlərdən də hamının xəbəri var... Bu məhkəmədə isə mən Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısının hüquqlarını müdafiə edirdim. Yuxarıda dedim, şərəf və ləyaqətlə bağlı məsələ idi. Siz təsəvvür edirsinizmi, məndə dəqiq maddi sübutlu məlumat var ki, “Gündəlik Bakı”x9dda hansı obyektdən yazı verilibsə, dərhal MTN “obexss”x9dləri cumub külli miqdarda pulunu alıblar... Habil Vəliyev yəqin bilir kimləri nəzərdə tuturam. Amma belə çıxır ki, həmin siyahının açıqlanmasına az qalıb və mən bunu edəcəyəm...xa0
- Timsalınızda baş verənlərə necə dəyər verərdiniz? Bu nə deməkdir?
- Hesab edirəm ki, bu müstəqil məhkəmə hakimiyyətinə və müstəqil istintaq fəaliyyətinə ağır zərbədir, ictimai inamsızlıq yaradan haldır.xa0
- Sizi istintaqda nə gözləyir?
- Məni cəlb edəcəklər, ittiham irəli sürüləcək... Bilirsiz, heç kəs cinayətdən sığortalanmayıb. Qoy bu da bunlardan biri olsun... Amma məhkəməyə hörmətsizlik maddəsi ilə vəkilə ittiham irəli sürmək o deməkdir ki, mənim bundan sonra vəkillik fəaliyyətimə qırmızı işıq yandırmaq istəyirlər... Məqsədləri budur. Həmin nazir müavini də bilməlidir ki, onun sifarişli hərəkəti ona qarşı daha sərt formada yönələcək. Bununla bağlı mən ölkə rəhbərliyinə müraciət etmişəm. İnanıram ki, vicdanlı insanlar bu məsələdə laqeyd qalmayacaqlar.xa0
- Belə başa düşdüm ki, siz də alternativ addımlar atacaqsınız...
- Təbii ki, mən özümü qanuni yollarla, həmçinin hüquq ictimaiyyətinin dəstəyi ilə özümü müdafiə etməli olacağam. Mətbuat konfransı planlaşdırmışam... Bundan başqa, mən həmin nazir müavininin kimliyi, keçmiş soyadı, onu kimlərin əli ilə və necə, hansı yollarla dəyişdirdiyini də açıqlayacağam.xa0
- Siz hələ də onun kimliyini sirr kimi saxlayırsınız...
- Mən hüquqşünasam və yenə də səbrlə davranıram... Halbuki əlimdə mötəbər maddi sübutlarım var, günü sabah hər şeyi açıb ortaqa qoyaram, cənab Prezidentin diqqətinə çatdıraram... Bunları hələ ki etmirəm. Amma görəndə ki, qarşı tərəf belə addımlar atır, mənim başqa yolum da qalmır. Hətta onun günahı və əməli ucbatından Ədliyyə Nazirliyindən kütləvi işdən çıxmalar da olub. Səbəbini özü xa0yaxşı bilir...xa0
- Bir məqam: Prezident hər görüşündə, çıxışında ictimaiyyətə xitabən deyir ki, ona şikayətlərini çatdırsınlar. Və hamı Prezidentə, təbii ki, məmurlardan şikayət yazır. Belə çıxır ki, bütün şikayətçiləri şikayətlərinə görə sizi haqlamış aqibət gözləyir? Çünki siz də nazir müavinindən şikayət etməyinizin altını çəkirsiniz...
- Belə çıxır də... Hansı ki, Prezident belə məmurları hər dəfə sərt cəzalandırır.xa0
- Siz həmin nazir müavininin hərəkəti ilə bağlı nazir Fikrət Məmmədova müraciət etmisinizmi? Bildiyimizə görə, nazir obyektiv insandır, nazirliyin daxilində belə münaqişənin yaşanmasını heç vaxt arzulamaz...
- Nazir Fikrət Məmmədova müraciət etmişəm, tezliklə qəbuluna da gedəcəyəm. İnanıram ki, bu məsələ Fikrət müəllimim diqqətinə çatdırılsa, lazımi ölçü götürəcək... Təsəvvür edirsinizmi, mən Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun öğlunun ölüm işinə görə ömürlük azadlıqdan məhrum edilmiş şəxsin vəkili idim... İndi mənə qarşı istintaq işi aparan müstəntiq Malik Səfərov Aslan Aslanovun Ədliyyə Nazirliyində işləyən oğlu ilə bir kabinetdə oturur. İndi özünüz nəticə çıxarın... O, həm də həmin o nazir müavinin işçisi olub, indi də onun kurasiyasındadır... Hesab edirəm ki, mənə qarşı baş verənlər presedent yarada bilər və bunun qarşısı alınmalıdır. Nazir müavini rəhbər işçidir, onun barəsində verilmiş sorğuya da soyuqqanlı yanaşmalıdır. Axı bu sorğu peşə fəaliyyətimlə bağlı olub. İnanıram ki, hadisələr belə davam edəcəksə, mənim ciddi açıqlamam olacaq. Ədliyyə Nazirliyi, əslində, ədalət nazirliyidir, belə bir nazirliyin məsul şəxsinin vəkillə intriqaya girməsi, şəxsi ambisiyalarını yeritməsi olduqca pis nümunədir... Məhkəmələrin heç birində nəzarətçilər olmur, təmin edilmir. Həmin nazir müavini bu sahəni kurasiya edir. İrad tutanda başımıza belə müsibətlər gətirirlər. Belə də fəaliyyət olar? Mən məlum qalmaqaldan sonra vəsatət verdim ki, müşahidə kamerasının yaddaşındakılar götürülərək işə əlavə olunsun. Lakin cavab verildi ki, guya həmin andakı çəkilişlər yoxdur. Təsəvvür edirsinizmi, bu vəsatəti mən verirəm və əgər mən Habil Vəliyevi söyüb döysəydim, ona qələm tullasaydım, məhkəməyə hörmətsizlik etsəydim, belə bir video görüntünün üzə çıxmasını istəyərdimmi? Bir daha inanıram ki, cənab Prezidentə müraciətim nəticəsiz qalmayacaq, bu işdə statusundan sui-istifadə edənlər cəzalandırılacaq.
































































































