Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeron Azərbaycan prezidentinə başsağlığı məktubu göndərib.
APA-nın məlumatına görə, məktubda deyilir:
“Hörmətli cənab prezident, dekabrın 4-də “Günəşli”x9d dəniz neft yatağındakı platformada baş verən yanğın nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirib. Birləşmiş Krallığın hökuməti və xalqı adından qəza nəticəsində doğmalarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, itkin düşənlərin axtarışını davam etdirən xilasedicilərə uğur diləyir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm. Bu kədərli günlərdə sizin və Azərbaycan xalqının yanında olduğumu bildirirəm”x9d.







































































































