Cahangir Hacıyev Kürdəxanı təcridxanasına aparıldı  -Yenilənib

Cahangir Hacıyev Kürdəxanı təcridxanasına aparıldı -Yenilənib

Hazırda oxunan: Cahangir Hacıyev Kürdəxanı təcridxanasına aparıldı -Yenilənib

109917
Beynəlxalq Bankın barəsində bu gün məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilmiş sabiq prezidenti Cahangir Hacıyev artıq təcridxanaya köçürülüb.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, C.Hacıyev Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasına etap olunub.

İnformasiyaya görə, ABB-in sabiq rəhbəri barədə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb.

O da bildirilir ki, sabiq bankir DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotdel”x9d) keçirdiyi əməliyyat nəticəsində tutulub.

Xatırladaq ki, C.Hacıyev buna qədər də dəfələrlə “Bandotdel”x9də çağırılaraq dindirilmişdi. Beynəlxalq Bankın milyardlarla manatlıq qaytarılmayan kreditləri işi üzrə istintaq çərçivəsində C.Hacıyev az qala hər gün “Bandotdel”x9ddə ifadə verirdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO