"Fəxrəddin Cəbrayılovu yaxından tanıyan adam kimi bilirəm ki..."

Hazırda oxunan: "Fəxrəddin Cəbrayılovu yaxından tanıyan adam kimi bilirəm ki..."

109165
"Silahlı Qüvvələrin 4 generalının ehiyata buraxılmasında MTN-də baş verənlərdən fərqli olaraq qeyri-adi, sensasion nəsə yoxdur".


Bunu Moderator.az-a açıqlamasında hərbi ekspert Tərlan Eyvazov bildirib.

Ekspert deyib ki, bu, hərbi nizamnaməyə uyğun atılan bir addımdır: "Sadəcə bir məsələ medianı narahat edir ki, Qorxmaz Qarayevla Fəxrəddin Cəbrayılov aşağı vəzifəyə keçirilmişdilər. Amma burda bir məqam var ki, onlar haqqındakı əmrdə hansısa nöqsanlarla bağlı hansısa qeyd yoxdur. Onlar sadəcə başqa vəzifəyə keçiriliblər. Mən Fəxrəddin Cəbrayılovu yaxından tanıdığıma görə, bilirəm ki, o səhhəti ilə bağlı ehtiyata buraxılmaq istəyirdi. Hətta o qospitalda yatanda yanına da getmişdim. Amma vəziyyət dəyişdi, onu daha yüksək vəzifəyə gətirdilər. Daha sonra prezident ona general rütbəsi verdi. İndi onun xəstəliyə görə ehtiyata buraxılmasında sensasiya axtarmaq lazım deyil. Doğrudur, Fəxrəddin Cəbrayılovun rəhbərlik etdiyi idarədən üç nəfər həbs edilmiş, bir nəfər isə vəzifəsindən azad olunmuşdu. Təbii ki, hətta qurum rəhbərinin günahı olmasa belə işçilərinin etdiklərinə görə məsuliyyət daşıyır. Buna görə, Fəxrəddin Cəbrayılovun vəzifəsi dəyişdirildi, ancaq ona hansısa ittiham elan olunmadı".

Tərlan Eyvazov ümid etdiyini bildirib ki, ehtiyata göndərilən və kifayət qədər təcrübəsi olan generalların bilik-bacarıqlarından gələcəkdə də istifadə olunacaq. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO