“Qərb üçün Qarabağ məsələsi heç ikinci planda da deyil”x9d

“Qərb üçün Qarabağ məsələsi heç ikinci planda da deyil”x9d

Hazırda oxunan: “Qərb üçün Qarabağ məsələsi heç ikinci planda da deyil”x9d

106627

Noyabrın 13-də Fransanın paytaxtı Paris şəhərində törədilən və xeyli sayda insanın ölümünə yol açan terror aktları bütün dünyada ciddi rezonansa səbəb olub.  Terror aktından dərhal sonra dünyanın bir çox dövlətləri Fransa dövləti və xalqı ilə həmrəy olduqlarını, hər cür terror və zoraklığı lənətlədiklərini bildirib.

Hadisədən sonra yalnız Fransada deyil, Qərbin digər ölkələrində də təhlükəsizlik tədbirləri gücləndirilib ki, bu da yeni terraktların qarşısını almağa hesablanıb.

Fransadakı terror aktı və bu terror aktının doğuracağı siyasi dəyişikliklərə diqqət çəkən bəzi siyasilər hesab edir ki, daha çox Asiya, Afrika, Cənubi Amerika üçün xarakterik olan, sanki bir növ buradakı dövlətlərin “alnına yazılan”x9d terror aktlarıının Qərbə yol tapması, Avropa dövlətlərinin həyatının bir hissəsinə çevrilməsi onların bu məsələdəki həssaslığını artırmaqla yanaşı, Qarabağ, Abxaziya,Cənubi Osetiya, Krım və Donbas kimi problemlərin həllinə daha az diqqət ayırmasına səbəb olacaq. Bu qəbildən olan siyasilərin fikrincə, bundan sonra Avropa bilavasitə ona yönəlik terror aktların qarşısını alınmasına daha çox güc və diqqət ayıracaq ki, bu da Qarabağ və oxşar problemlərin həllini onun üçün ikinci dərəcəli edəcək.

Maraqlıdır, Avropada terrorizmin genişlənməsi Qarabağ problemin həllini ikinci plana keçirə bilərmi? Doğrudanmı bu vaxta qədər beynəlxalq aləmdə müxtəlif münaqişələrin həllində yaxından iştirak edən Qərb, bundan sonra yalnız öz təhlükəsizliyinin qeydinə qalmaqla problemli ölkələri öz problemləri ilə baş-başa buraxacaq?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər bu hadisələr arasında əlaqə görmədiyini vurğuladı:

“Mən bu iki hadisə arasında birbaşa əlaqənin mövcudluğunu düşünmürəm. Hesab edirəm ki, Qarabağ problemi və post-sovet məkanındakı digər problemlərin arxa plana keçməsinə səbəb Ukrayna hadisələridir. Baş verənləri bu konteksdə dəyərləndirmək daha doğrudur.  Həm ABŞ, həm Avropa Birliyi, həm də NATO üçün çox önəmli məsələ olan Krımın və Donbasın işğalı, indiki halda terrora münasibət baxımından arxa plana keçibsə, Qarabağ məsələsi heç ikinci planda da yoxdur. Bu problem Qərb üçün olsa-olsa üçüncü plandadır”x9d.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO