İcra Hakimiyyətindən açıqlama:

İcra Hakimiyyətindən açıqlama: "Mirdamət Sadıqovun Eldar Mahmudovla yaxın münasibəti olmayıb"

Hazırda oxunan: İcra Hakimiyyətindən açıqlama: "Mirdamət Sadıqovun Eldar Mahmudovla yaxın münasibəti olmayıb"

104601
Son iki ildə İsmayıllı rayonunda  tikinti- quruculuq işləri geniş vüsət alıb. Aparılan abadlıq işləri axrıncı iki ildə yüksək templə inkişaf etdirilir. (İstənilən KİV-ə sorğuya  əsasən  statistik  rəqəmlər açıqlana bilər). Rayonda orta sahibkarlığı inkişaf etdirmək üçün yerli  rəhbərlik  bütün vasitələrdən istifadə edir. İsmayıllıda mavi qaz, elektrik enerjisi, içməli və suvarma suya olan təlabatın yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə edilib, hazırda da edilir. Rayon əhalisinin İcra Hakimiyyəti ilə təmasları bərpa edilib, neqativ halların  yaranmaması üçün təxirə salınmaz tədbirlər həyata keçirilib.  Hazırda da bu və ya digər məsələlər ,qarşıda duran vəzifələr RİHB Mirdamət  Sadıqov tərəfindən nəzarətdə saxlanılır.

Lakin son bir ildə müsbət tendensiyaları görməyən bəzi  KİV nümayəndələri rəhbəri olduqları qəzet və saytlarda  RİHB Mirdamət Sadıqov haqqında həqiqəti əks etdirməyən  məlumatlar dərc edir, böhtan xarakterli yoxlanılmamış fikirləri tirajlayırlar. Qısqanclıq, paxıllıq kimi hisslərlə yaşayan şəxslərin bəzən mətbuatı yanlış istiqamətə yönəltmələri KİV-də öz əksini tapır. KİV-dən çirkin  işlərində vasitə kimi istifadə etmələri Mirdamət Sadıqova dair həqiqətdən çox-çox uzaq şayələrin yayılmasına gətirib çıxarır.

Məlumat üçün bildiririk ki, Mirdamət Sadıqovun  “Birliyant”x9d biznesi yoxdu,  Seva adlı xanım tanımır. Bu fikirləri mətbuatdan oxuyub təəssüf hissi ilə qeyd edirik ki, onun Azərbaycan Respublikasının keçmiş MTN rəhbəri Eldar Mahmudovla  yaxın münasibəti olmayıb. Bunu da mətbuat düzgün yazmayıb.  Eldar Mahmudovun atası Əhməd Mahmudovun 89-cu yubiley konfransının Gəncə Aqrar Universitetində  məxsusi keçirilməsinə dair irəli sürülən fikirlər də həqiqəti əks etdirmir. Mirdamət Sadıqov rektor olduğu 2012-ci ildə Aqrar Universitetdə Əhməd Mahmudovun yubiley konfransının  keçirilməsi baş verib. Ə.Mahmudova həsr olunan konfrans  ölkədə fəaliyyət göstərən 14  ali məktəbdə ,o cümlədən, Gəncə Aqrar Universitetində keçirilib.  O zaman  Mirdamət Sadıqov bu yubiley konfransına hər hansı məxsusi yanaşma nümayiş etdirməyib.

İcra Hakimiyyəti bir daha bildirir ki, İsmayıllı rayonu haqqında, RHİB  Mirdamət  Sadıqov barəsində yazılan tənqidi yazılar böhtan xarakterlidir,  faktları əks etdirmir. Bu səbəbdən  KİV nümayəndələrinə  məsuliyyətli davranmaları tövsiyə  olunur. Mətni oldugu kimi dərc etməyiniz xahiş olunur.

Hörmətlə,
Valeh Salehov
İsmayıllı Rayon İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO