Türkiyədə Səadət Partiyasının lideri Mustafa Qamalak Sur vilayətində vətəndaşlarla görüş əsnasında maraqlı təkliflə çıxış edib. M.Qamalak müsəlman dünyasına səslənərək onları İslam ittifaqı qurmağa dəvət edib:
“Rəbbim, kitabım, peyğəmbərim və qibləm bir deyən qardaşlarıma çağırış edirəm. Gəlin bir araya gələk, 2 milyardlıq islam aləmini bir araya gətirək. İslam Birliyini, İslam NATO-sunu yaradaq, islam pul vahidinə keçək”x9d.
M.Qamalakın bu çağırışı Türkiyədə olduğu kimi Azərbaycanda da maraqla qarşılansa da, siyasilərin əksəriyyəti bu təklifi bir o qədər real və faydalı hesab etmir.
Məsələ ilə bağlı Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən konfiliktoloq Elxan Mehdiyev İslam NATO-su ulə bağlı səslənən fikirlərin gerçəklikdən uzaq olduğunu qeyd edib. Siyasi şərhçinin sözlərinə görə, bu cür təkliflərin reallaşmasının belə müsbət nəticə verməsi ehtimalı yüksək deyil:
“Mən bu cür bəyanat və çağırışları ciddi hesab etmir, onları təxribat xarakterli bəyanat kimi qiymətləndirirəm. Türkiyənin müstəqilliyinin qorunub saxlanılmasında, onun güclənməsində NATO mühüm rol oynamışdır və bu gün də Türkiyənin NATO, NATO-nun Türkiyə üçün önəmi böyükdür. Onun siyasi müstəqilliyi, torpaq bütünlüyü də NATO çərçivəsində təmin olunur. İslam NATO-su və ya İslam ittifaqı kimi bəyanatların reallaşması yolunda atılan addımlar sonda İŞİD kimi birlikləin meydana gəlməsinə gətirib çıxarda bilər. Buna görə də bu cür təklifləri ciddi və faydalı hesab etmir, əksinə təhlükə kimi dəyərləndirirəm”x9d.
xa0
Seymur Əliyev
xa0
xa0































































































