"Formula 1" üzrə Azərbaycan Qran-prisi start götürür

Hazırda oxunan: "Formula 1" üzrə Azərbaycan Qran-prisi start götürür

78524

Bu gün "Formula 1" və "Formula 2" üzrə Azərbaycan Qran-prisinə start veriləcək. 

Bizim.Media xəbər verir ki, "Formula 1" yarışı Bakıdakı 6-cı Qran-pri kimi tarixə düşəcək. 

Azarkeşlər 3 illik fasilədən sonra Qran-prini tribunalardan izləyə biləcəklər. İlk yarış günündə "Formula 1"də iki sərbəst yürüş. "Formula 2"də isə sərbəst yürüş və sıralama turu gerçəkləşəcək. 

Bakı halqasında fan-zonanın qapıları saat 10:00-da açılacaq. İlk olaraq trekə "Formula 2" pilotları çıxacaq. 11 komandanın 22 sürücüsü sərbəst yürüşə qatılacaq. 

Ardınca əsas yarış hesab olun "Formula 1"də birinci sərbəst yürüş başlayacaq. Günə ikinci dərəcəli turnirin sıralama turu və nəhayət, "Formula 1"in ikinci sərbəst yürüşü ilə yekun vurulacaq. 

"Formula 1"də "Red Bull" komandasında çıxış edən hazırkı dünya çempionu Maks Ferstappen 125 xalla liderdir. "Ferrari"dən Şarl Lekler 116 xalla ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres 110 xalla üçüncü pillədə qərarlaşıb. 

"Formula 2"də isə müvafiq sıraları "MP Motorsport"dan Felipe Druqoviç, "ART Grand Prix"dən Teo Purşer və "Prema Racing"dən Jehan Daruvala tutur. 

Azərbaycan Qran-prisi 

10 iyun 

10:00. Azarkeş zonasının qapıları açılır 

"Formula-2" 

12:35 - 13:20. Sərbəst yürüş 

"Formula-1" 

15:00 - 16:00. I sərbəst yürüş 

"Formula-2" 

16:30 - 17:00. Sıralama turu 

"Formula-1" 

18:00 - 19:00. İkinci sərbəst yürüş 

21:00. Azarkeş zonasının qapıları bağlanır. 

Qeyd edək ki, 2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə ləğv edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO