Formula 1 Azərbaycan Qran-Prisinin biletləri satışa ÇIXARILDI

Formula 1 Azərbaycan Qran-Prisinin biletləri satışa ÇIXARILDI

Hazırda oxunan: Formula 1 Azərbaycan Qran-Prisinin biletləri satışa ÇIXARILDI

583694

2026-cı ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-Prisi üçün “Early Bird” – erkən bilet satışına start verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

24-26 sentyabr aralığında baş tutacaq yarış üçün biletləri www.azerbaijangp.com üzərindən əldə etmək mümkündür. Bakı Şəhər Halqasının rəsmi vebsaytı və mobil tətbiqi vasitəsilə tətbiq olunan eksklüziv 20%-lik “Early Bird” endirimi 15 dekabr tarixinədək qüvvədədir.
 

Azarkeşlər 4 günlük bilet əldə etməklə hər il olduğu kimi 3 günlük tribuna biletləri ilə yanaşı, Pit zolağı gəzintisi imkanı əldə edəcək, sevimli F1 komandalarını, pilotları və onların qarajlarını yaxından görmək imkanı qazanacaqlar.


Qeyd edək ki, 2025-ci il yarış həftəsonunda 90 min tamaşaçı ilə son 9 ilin ən yüksək iştirak göstəricisi qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO