Britaniyalı “McLaren” pilotu Lando Norris “Las-Veqas” Qran-prisində yarışdan sonrakı müsahibə zamanı söyüş söydüyünə görə Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən cərimə edilib.
Bizim.Media xəbər verir ki, Norris 59.000 dollar cərimələnib.
Yarışdan sonrakı müsahibə zamanı Norris ilk döngədə “Red Bull” pilotu Maks Verstappenə uduzduğunu təsvir edərkən sözügedən ifadələri işlədib.
Norris yarışda ikinci yeri tutsa da, sürüşmə lövhəsindəki həddindən artıq aşınmaya görə diskvalifikasiya edilib.
Ferstappen qalib gəlib, “Mercedes” pilotu Corc Rassel Norrisin diskvalifikasiyasından sonra ikinci, komanda yoldaşı Andrea Kimi Antonelli isə üçüncü yeri tutub.
Bizim.Media































































































