İsveçli pilot: Podiumda yer aldığım üçün çox xoşbəxtəm

İsveçli pilot: Podiumda yer aldığım üçün çox xoşbəxtəm

Hazırda oxunan: İsveçli pilot: Podiumda yer aldığım üçün çox xoşbəxtəm

271615

Yarış mənim üçün kifayət qədər çətin keçdi. Tempimizi qorumaq və rəqiblərlə mübarizə aparmaq asan deyildi, amma nəticədə podiuma çıxmağı bacardım. Buna görə çox xoşbəxtəm.

Bizim.Media xəbər verir ki, bu sözləri Formula 2 üzrə Azərbaycan Qran-Prisinin əsas yarışında üçüncü yeri tutan Dino Beqanoviç (“TGR") mətbuat konfransında deyib.

İsveçli pilot üçüncülüyün yaxşı nəticə olduğunu söyləyib:

“Komanda olaraq bu nəticədən məmnunuq. Əlbəttə, hədəf həmişə daha yüksək pillədir. Komandamın əzmini və dəstəyini xüsusi qeyd etmək istəyirəm. Onların gördüyü peşəkar işlər sayəsində bu gün podiumda yer ala bildim”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO