Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək

Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək

Hazırda oxunan: Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək

271590

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda yeni rekord qeydə alınıb.

Bizim.Media xəbər verir ki, çətin hava şəraiti və pilotların səhvləri nəticəsində sessiya dəfələrlə dayandırılıb və ümumilikdə altı dəfə qırmızı bayraq qaldırılıb.

Sürücülərin mübarizəsi təxminən iki saat çəkib.
 

Beləliklə, Bakıdakı sıralama turu San Paulo (2023) və İmola (2022) sessiyalarındakı beş qırmızı bayrağı geridə qoyaraq "Formula 1"in tarixinə düşüb.


Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış bu gün saat 15:00-da start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO