Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş başa çatıb.
Bizim.Media xəbər verir ki, yürüşdə 10 komanda mübarizə aparıb. Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vurublar.
Ən yaxşı nəticəni “McLaren” komandasının pilotu Lando Norris göstərib. “Red Bull”un sürücüsü Maks Ferstappen ikinci, “McLaren”in digər piloti Oskar Piastri üçüncü olub.
Ötən gün keçirilmiş birinci sərbəst yürüşdə L.Norris, ikinci sərbəst yürüşdə isə "Ferrari"də çıxış edən Luis Hamilton birinci olublar.
Bu gün, həmçinin saat 14:15-də Formula 2 üzrə sprint yarışı və saat 16:00-da Formula 1 üzrə sıralama turu baş tutacaq.
Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.
Bizim.Media

- A-
- A
- A+
Formula 1
14:31 / 20.09.2025
Formula 1: “McLaren”in pilotu üçüncü sərbəst yürüşün qalibi oldu
Hazırda oxunan: Formula 1: “McLaren”in pilotu üçüncü sərbəst yürüşün qalibi oldu
Hazırda oxunan: Formula 1: “McLaren”in pilotu üçüncü sərbəst yürüşün qalibi oldu
271491
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.