"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

Hazırda oxunan: "Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

270421

Paytaxtda "Formula-1" üzrə Azərbaycan Qran-prisinə hazırlıqlar sürətlə davam edir. Quraşdırma və söküntü işlərinə yalnız yerli podratçılar cəlb olunub. Təkcə bu il hazırlıqda 2 162 işçi çalışır.

Yarış həftəsində bu sıraya 1 500 nəfər də qoşulacaq. Bu il istifadə edilən texnologiyalar sayəsində enerji tələbatı ötən illə müqayisədə 30% aşağı düşəcək.

Bizim.Media xəbər verir ki, yarış günlərində isə Bakıya 12 mindən çox xarici turistin gələcəyi gözlənilir. Rəsmi statistikaya görə, ötən il tamaşaçıların 80%-dən çoxunu əcnəbilər təşkil edib. Hətta bir çox qonaq sadəcə "Formula-1" ab-havası yaşamaq üçün paytaxta üz tutub. "Formula-1"in açıqladığı rəqəmlərə görə, azarkeşlərin 55%-i Azərbaycan Qran-prisini dostlarına tövsiyə etməyə hazırdır. 72% respondent isə isə yaxın iki ildə yenidən gəlməyi planlaşdırır.

Azərbaycan Hotellər Assosiasiyasından bildirilib ki, bu il də "Formula-1" zamanı turizm sektorunda izdiham müşahidə olunur. Hotellərin böyük əksəriyyəti tam bron olunub.

Ətraflı Baku TV-nin süjetində:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO