"Formula 1"ə görə bağlanan prospekt və küçələr AÇILDI

"Formula 1"ə görə bağlanan prospekt və küçələr AÇILDI

Hazırda oxunan: "Formula 1"ə görə bağlanan prospekt və küçələr AÇILDI

211722

Sentyabrın 13-dən 15-dək keçirilən "Formula 1" üzrə Azərbaycan Qran Prisinə görə bağlanan prospekt və küçələr açılıb. 

Bakı Şəhər Halqasından (BŞH) Bizim.Media-ya verilən məlumata görə, yollar nəzərdə tutulan vaxtdan daha tez - bu gündən sürücülərin istifadəsinə verilib. 
 

BŞH Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsinin və digər aidiyyəti qurumların birgə səyi nəticəsində son 8 ildə ilk dəfə Bakının yolları 24 saat tamam olmamış paytaxtdakı nəqliyyat məhdudiyyəti aradan qaldırılıb. 


Həmçinin sentyabrın 16-dan 17-dək, 1 gün ərzində BŞH ərtafında təhlükəsizlik məqsədilə quraşdırılan 3306 ədəd beton bloklar aradan götürülür. 

Qeyd edək ki, yarış həftəsində bağlı olan yolların bir çox hissəsi müəyyən saat aralıqlarında şəhərdəki tıxacların minimuma endirilməsi məqsədilə sürücülərin istifadəsi üçün açıq olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO