Formula 2 Azərbaycan Qran-Prisinin qalibi: Növbəti illərdə də bu uğuru təkrarlayacam

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi: Növbəti illərdə də bu uğuru təkrarlayacam

Hazırda oxunan: Formula 2 Azərbaycan Qran-Prisinin qalibi: Növbəti illərdə də bu uğuru təkrarlayacam

211570

Bakıdakı Qran-Pri çox həyəcanlı keçdi.

Bizim.Media xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi olan “Trident” komandasının pilotu Rixard Versxor mətbuat konfransında deyib.

İyirmi dörd yaşlı niderlandlı sürücü nəticəyə görə çox xoşbəxt olduğunu qeyd edərək bildirib:

"Nəhayət finişə hamıdan tez çataraq əsas yarışın qalibi oldum. Çox yaxşı yarış idi. Düzünü desəm, ikinci yeri tutan “ART Qrand Priks”in sürücüsü Viktor Martinin bolidi trasda ən sürətlisi idi. Amma yarışın sonlarına yaxın məni liderlikdə saxlaya biləcək bir neçə keyfiyyətli dövrə vura bildim. Buna görə çox şadam. Ümid edirəm ki, növbəti illərdə də bu uğuru təkrarlaya biləcəyəm".

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisində əsas yarış bu gün saat 15:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO