Həmilton kubokunu həmyerlimizə hədiyyə edib? – MARAQLI OLAY 

Hazırda oxunan: Həmilton kubokunu həmyerlimizə hədiyyə edib? – MARAQLI OLAY 

168520

Məşhur “Formula 1” pilotu Lyuis Həmiltonun başına maraqlı olay gəlib.

Bizim.Media xəbər verir ki, Həmilton Bakıda keçirilən qala-tədbirdə üçüncü yeri tutduğu üçün ona verilən kuboku götürməyərək, mükafatı Nihat Nəsirli adında bir nəfərə verib. Bu məlumatı Nihat Nəsirlinin özü sosial şəbəkə hesabında yayıb.

Azarkeş sosial şəbəkələrdə tədbirdən bir neçə foto yerləşdirərək, Həmiltonun ona üçüncü yer üçün kubokunu şəxsən təqdim etdiyini bildirib. İndi isə yayılan məlumata görə, vəziyyətin fərqli inkişaf etdiyi üzə çıxıb.
Həmilton mərasimdə rəsmilərdən birinə kuboku saxlamaq üçün veribmiş. Mərasimdən sonra həmin adam kuboku Həmiltona qaytarmalı imiş. Lakin sözügedən şəxs mükafatı səhnə arxasındakı masada qoyub.

“Mercedes” hazırda vəziyyətin nə yerdə olduğunu anlamağa çalışır. Komandanın yaydığı rəsmi açıqlamaya görə, Həmilton kubokunu heç kimə verməyib:

“Əvvəlki bir çox mükafatlandırma mərasimlərində olduğu kimi, səhnəni tərk etdikdən dərhal sonra Lyuis kuboku komandaya göndərmək və onun çatdırılmasını təmin etməyi tədbir təşkilatçılarından tələb edib. “Biz təsdiq edə bilərik ki, Lyuis kubokunu əvvəllər deyildiyi kimi heç kimə “hədiyyə” olaraq verməyib”.

Qeyd edək ki, məsələ gündəmə gəldikdən sonra Nihat Nəsirli sosial şəbəkə hesabından kubokla bağlı paylaşımları silib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO