Formula 1 üzrə dünya çempionatında 2023-cü ilin çempionu rəsmiləşib.
Bizim.Media xəbər verir ki, bu hadisə Qətər qran-prisində baş verib. Bu gün keçirilən sprint yarışında Maks Ferstappen ardıcıl 3-cü il titulun sahibi olub.
Çempionluğu təmin etmək üçün niderlandlı pilota 3 xal kifayət edirdi. Bu 3 xalın sprintdə qazanılacağı heç kimdə şübhə doğurmurdu. Sprint yarışının startından bir qədər sonra bu 3 xala da ehtiyac qalmayıb.
Belə ki, çempion olmağa riyazi şansı olan “Red Bull” komandasının digər pilotu Serxio Peres Hülkenberq və Okonla birlikdə qəzaya uğrayıb. Bununla da Maks rəsmən 2023-cü ilin çempionu olub. Sprint yarışını isə “Maklaren”dən Oskar Piastri qazanıb.
Gənc avstraliyalı sürücü üçün bu, karyerasının ən böyük uğurudur. Yarışda 2-ci yer Maks Ferstappenə, 3-cü isə Piastrinin komanda yoldaşı Lando Norrisə qismət olub. Rassel, Həmilton, Sayns, Lekler və Elbon da sprinti xalla tamamlayıblar.
5 sürücü yarışı başa vura bilməyib. Liam Louson, Loqan Sarcint, Niko Hülkenberq , Serxio Peres və Esteban Okon yarışı yarımçıq başa vurublar.
Qeyd edək ki, Formula 1 tarixində ilk dəfə çempion sprintdə rəsmiləşib. Qətər qran-prisinin əsas yarışı sabah keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
Formula 1
12:44 / 08.10.2023
“Formula 1”də mövsümün çempionu müəyyənləşdi
Hazırda oxunan: “Formula 1”də mövsümün çempionu müəyyənləşdi
Hazırda oxunan: “Formula 1”də mövsümün çempionu müəyyənləşdi
158860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.