Aprelin 30-da Bakıda Formula 2 üzrə əsas sprint yarışına start verilib.
Bizim.Media xəbər verir ki, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 29 dövrə vuracaqlar.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində aprelin 28-də keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Preme Racing” komandasının pilotu Oliver Berman birinci olub. “Hitech”in üzvü İsak Hajar yarışı ikinci, “Campos Racing”dən Kuş Maini üçüncü pillədə başa vurublar.
Sıralanma turunda da Oliver Berman fərqlənib. “Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi ikinci, “ART Grand Prix”in pilotu Teo Purşer isə üçüncü pillədə yer alıblar.
Aprelin 29-da keçirilən birinci sprint yarışda isə “Preme Racing”in britaniyalı pilotu O.Berman qalib olub. Onun komanda yoldaşı Frederik Vesti ikinci, “Hitech”in pilotu Jak Krouford isə üçüncü pillədə qərarlaşıblar.
Bizim.Media
- A-
- A
- A+
Formula 1
12:10 / 30.04.2023
Bakıda Formula 2 üzrə əsas sprint yarışına start verildi
Hazırda oxunan: Bakıda Formula 2 üzrə əsas sprint yarışına start verildi
Hazırda oxunan: Bakıda Formula 2 üzrə əsas sprint yarışına start verildi
133561
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.