2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 komandalarının sıralama yürüşü başa çatıb.
Bizim.Media xəbər verir ki, Preme Racing” komandasının pilotu Oliver Berman sıralanma turunun qalibi olub.
30 dəqiqə davam edən yürüşdə “Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi ikinci, “ART Grand Prix”in pilotu Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, bu gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürüb.
28-30 aprel tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilir.
Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarımın qısa sprint yarışları baş tutacaq. Əsas yarışlar isə aprelin 30-da keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Formula 1
16:18 / 28.04.2023
Formula 2 komandalarının sıralama yürüşü BAŞA ÇATDI
Hazırda oxunan: Formula 2 komandalarının sıralama yürüşü BAŞA ÇATDI
Hazırda oxunan: Formula 2 komandalarının sıralama yürüşü BAŞA ÇATDI
133314
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.