Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında Bakıda səfərdə olan Türkiyənin ağırlıqqaldırma millisinin üzvləri “Formula 1” üzrə dünya çempionatının Azərbaycan Qran-prisini izləyirlər.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının İdarə Heyətinin üzvü Anar Hüseynov sosial şəbəkədə paylaşım edib.
Federasiya rəsmisi Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında qızıl medal qazanan xanım atletlər Nuray Güngör, Cansu Bektaş və gümüş mükafatçı Qamze Altunla birlikdə tribunada çəkilən foto paylaşıb.
Həmçinin, Cansu Bektaş da öz instaqram hesabının hekayə bölməsində bununla bağlı video yayımlayıb.
Bizim.Media