Ekspertlərdən saxta

Ekspertlərdən saxta "Formula 1" biletləri ilə bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: Ekspertlərdən saxta "Formula 1" biletləri ilə bağlı XƏBƏRDARLIQ

132820

Beynəlxalq antivirus şirkətlərinin ekspertləri tezliklə Bakıda keçiriləcək "Formula 1" Qran Prisi ilə bağlı yerli vətəndaşlara xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, ekspertlər onlayn dələduzların 3 əsas sxem üzrə “Formula-1”-dən sui-istifadə edə biləcəyi açıqlayıb.

Qeyd edilib ki, bu cür irimiqyaslı və çoxdan gözlənilən idman tədbirləri kibercinayətkarlar tərəfindən həmişə pul qazanmaq üçün bəhanə kimi istifadə olunur. Ona görə də tədbirə bilet alarkən diqqəti əldən vermək olmaz. Ən məhşur dələduzluq sxemlərindən biri saxta bilet satışı xidmətləri ilə bağlı olur: "Saxta saytlar çox inandırıcı görünə, yaxşı tərtib oluna, "formula1", "bakuformula1" kimi açar sözləri ehtiva edə bilər. Saxta saytın ünvanı https ilə başlasın deyə təcavüzkarlar veb server və brauzer arasında təhlükəsiz bağlantı təmin edən SSL sertifikatları əldə edə bilərlər. Belə bir etibarlı bağlantı işarəsi idman həvəskarlarının hər şeyin qaydasında olduğuna inandıra bilər"

Digər bir üsul sponsorların təşkil etdiyi saxta lotereyalar ola bilər:

"Təcavüzkarlar guya tədbirin rəsmi tərəfdaşları tərəfindən keçirildiyi iddia edilən lotereyada uduşlar vəd edən spam elektron məktublar göndərə bilərlər. Bu cür məktublara "qalibin" təbrik edildiyi və mükafatı almaq üçün əlaqə məlumatlarını (ad, doğum tarixi, ünvan, e-poçt ünvanı, telefon nömrəsi) təqdim etməyi xahiş olunan əlavələr (adətən PDF və ya DOCX sənədləri) bərkidilir. Əslində həmin poçt göndərişləri daha çox istifadəçilər haqqında məlumat toplamaq məqsədi daşıyır, amma troyan formasında zərərli əlavələri də ehtiva edə bilər".

Digər bir fırıldaq növü bilet lotereyasında iştirak etmək və ya yarış keçirilən ölkəyə səyahət qazanmaq təklifidir:

"Bu zaman istifadəçidən ya saxta promo səhifəsində qeydiyyatdan keçmək və e-poçt ünvanı təqdim etmək, ya da lotereya məktublarında olduğu kimi əlaqə məlumatlarını “təşkilatçılara” göndərmək istənilir. Belə mesajlar Formula 1 adından, bir qayda olaraq, yenicə qeydiyyatdan keçmiş domenlərdəki ünvanlardan göndərilir. Bu cür sxemlərin məqsədi əsasən spam və ya zərərli göndərişləri yaymaq üçün elektron poçt məlumat bazasını yeniləməkdir.

Ekspertlər təhlükəsiz tövsiyə edirlər ki, biletlər yalnız tədbirin rəsmi saytından alınmalı, bilet almaq üçün ayrıca kart əldə etməli və qeyri-rəsmi onlayn mağazalardan - biletdən tutmuş suvenirlərə qədər heç nə almamalıyıq. Digər tərəfdən çox vaxt saxta xidmətlər elektron poçt göndərişləri və ya internet bannerləri vasitəsilə reklam olunur. Buna görə də elektron poçt siyahıları və ya messencerlərdə gələn linklərə keçid etməməli, məlumatları oraya daxil etməməli və şübhəli əlavələri açmamalıyıq. Tədbirin onlayn yayımı üçün bilet almaq və ya Formula 1 video yazılarına giriş təklifinə həssas yanaşmalı, təşkilatın rəsmi internet səhifəsində bütün təkliflər və aksiyalar haqqında məlumatı təkrarən yoxlamalıyıq. Bundan əlavə, daxilə quraşdırılmış anti-fişinq alətinə malik antivirus həllini quraşdırmalıyıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO