Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) aprelin 28-30-da təşkil olunacaq Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.
Bizim.Media xəbər verir ki, növbəti mərhələdə Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən bu gecə saat 22:00-dan etibarən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyatın hərəkəti üçün bağlanıb.
MÖVZU İLƏ BAĞLI:
Formula-1 üzrə Azərbaycan qran-prisinin keçirilməsi ilə bağlı müqavilə UZADILACAQ
BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.
Bizim.Media