Formula - 1 Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı müqavilənin müddətinin uzadılması haqqında danışıqlar aparılır.
Bizim.Media xəbər verir ki, bunu 8 aprel tarixində jurnalistlərə "Baku City Circuit" əməliyyat şirkətinin mətbuat xidmətinin rəhbəri Turab Teymurov deyib.
O qeyd edib ki, müqaviləyə əsasən, bu il sonuncu Formula - 1 Azərbaycan Qran Prisi keçiriləcək:
“Ancaq müqavilənin uzadılması ilə bağlı danışıqlar gedir. Ümidvarıq ki, Azərbaycan Qran Prisi bundan sonra da keçiriləcək. Şübhəsiz ki, Formula - 1-in bir çox iqtisadi və sosial faydaları var. Danışıqlarla bağlı yekun məlumat daxil olan kimi biz bu barədə ictimaiyyətə məlumat verəcəyik”.
Formula - 1 Azərbaycan Qran Prisi aprelin 28-dən 30-dək Bakıda keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
Formula 1
19:28 / 08.04.2023
Formula-1 üzrə Azərbaycan qran-prisinin keçirilməsi ilə bağlı müqavilə UZADILACAQ?
Hazırda oxunan: Formula-1 üzrə Azərbaycan qran-prisinin keçirilməsi ilə bağlı müqavilə UZADILACAQ?
Hazırda oxunan: Formula-1 üzrə Azərbaycan qran-prisinin keçirilməsi ilə bağlı müqavilə UZADILACAQ?
129674
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.