“...Heç Polyaniçko barədə Azərbaycanda da birmənalı rəy yoxdur... O, sadəcə, Kremlin o vaxt üçün hakim dairələrinin planlarının icraçısı olub...”
“Görəsən, bunun əksi olsaydı, yəni Azərbaycan mediasında Polyaniçkonun “azərbaycanlılar tərəfindən öldürülməsi” haqda məlumat yayılsaydı, Rusiya rəhbərliyi necə reaksiya verərdi?..”
Erməni mediası və sosial şəbəkələrində 1989-1991-ci illərdə Qarabağda Moskvanın əli ilə guya münaqişəni yatırmaq, sabitliyi bərpa etmək məqsədilə yaradılmış “respublika təşkilat komitəsi” adlanmış qurumun rəhbəri olmuş Viktor Polyaniçkonun məhz hayklar tərəfindən təşkil olunmuş terror aktı nəticəsində öldürülməsi etiraf edilib.

Moderator.az xəbər verir ki, bu haqda “Hinger Ayastan” teleqram-kanalı məlumat yayıb.
"Viktor Polyaniçko Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi olub. Erməni əhalisinin Qarabağdan zorla deportasiyası üçün Qaarabağda “Üzük” əməliyyatlarının təşkilatçılarından biri olan Polyaniçko Qarabağın azərbaycanlı əhalisinə deyib: “Biz dağlardan qalxan bütün erməniləri yerində oturtacağıq”. Ermənilər bu zarafatı başa düşmədilər və cənab Polyaniçkonu öldürmək qərarına gəldilər...
"İlk cəhdi sərt erməni dağlıları etdilər və onlar lazımi yeri tapıb yük maşınını Polyaniçkonun maşınına çırpıb əclafı uçuruma atmağa qərar verdilər. Akt həyata keçirildi. Amma Polyaniçko maşında olmadı...
İkinci cəhd – Stepanakertin(Xankəndi-S.L.) dəmir yolu vağzalında baş verdi. Onun oturmalı olduğu qərargah vaqonu partladılıb. Lakin partlayışdan bir neçə dəqiqə əvvəl Polyaniçko oradan çıxıb.
Üçüncü sui-qəsd Stepanakert(Xankəndi-S.L.) şəhərində hökumətin hökumət binasında keçirilən iclas zamanı baş verib. Bu dəfə bina ilə üzbəüz parkdan birbaşa kabinetinin pəncərəsinə qumbaraatandan atəş açılıb. Polyaniçko ağır beyin silkələnməsi alsa da, möcüzə nəticəsində yenidən sağ qalıb.
Amma ermənilər nəyisə inadla etmək istəyirlərsə, ona nail olurlar. 1993-cü il avqustun 1-də Polyaniçko Osetiyada hərbi komandirlə görüşə tələsəndə ermənilər, nəhayət, köhnə müştərilərini haqlayırlar. Viktor Petroviçin maşını o həddə dəlmə-deşik edilib ki, onun bədənində 15 güllə tapılıb, onunla birlikdə “Alfa” zabiti Viktor Kravçuk və general Anatoli Koretski də öldürülüb” - erməni teleqram-kanalı belə yazır.
P.S. Hayklar Polyaniçkonu öldürdüklərini etiraf etməklə həm də terrorçu olduqlarını boyunlarına alırlar. Eyni zamanda bununla onlar guya “öz məqsədləri üçün hər şey edə bilən qəhrəman xalq” olduqlarını nümayiş etdirmək istəyirlər... Yəni bəlkə də bu köhnə “çekist”i müəyyən sirləri batırmaq üçün Moskva özü öldürtdürüb... İkincisi də, heç Polyaniçko barədə Azərbaycanda da birmənalı rəy yoxdur. Onun bir çox hallarda hayklarla təkbətək görüşdə onları Azərbaycana qarşı mübarizəyə səslədiyini söyləyənlər də var... Yəni Polyaniçko, sadəcə, Kremlin o vaxt üçün hakim dairələrinin planlarının icraçısı olub...
P.P.S. Görəsən, bunun əksi olsaydı, yəni Azərbaycan mediasında Polyaniçkonun “azərbaycanlılar tərəfindən öldürülməsi” haqda məlumat yayılsaydı, Rusiya rəhbərliyi necə reaksiya verərdi?..
Sultan Laçın


































































































