“Mənə elə gəir ki, Rusiya sülhməramlılarının komandanlığının Qarabağdakı ermənilərlə görüşməsi onlara dəstək kimi qiymətləndirilməməlidir. Çünki onlarla görüşmək sülhməramlıların fəaliyyətinin bir hissəsidir”.
Bunu Moderator.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Eks nazir əlavə edib ki, bu görüş təzyiq altnda da baş tuta bilər:
“Çünki görüş əvvəlcədən baş tutmalı idi. Amma ümumiyyətlə belə qiymətləndirməzdim ki, təzyiq altında da separatçılara hansısa dəstək nümayiş olunub. Bu, adi bir məsələdir və bunu rus sülhməramlılarının rəhbərliyinin hansısa təhlükəli addımı kimi dəyərləndirmək lazım deyil.”
Sabiq nazir, 10 noyabr Üçtərəfli Bəyannamənin 4-cü bəndinin, yəni separatçların Azərbaycan ərazilərindən çıxalırması ilə bağlı suala da münasibət bildirib:
“Gec-tez bu məsələ də öz həllini tapacaq. 5 il ərzində bu proses yekunlaşmalıdır. Təbii ki, nə qədər tez olsa, bir o qədər yaxşıdır. Təsəvvür edin ki, Azərbaycanın hansısa rayonunda adamlar qanunsuz silahla gəzir, istədiklərini edirlər. Əlbəttə ki, bu, düzgün deyil. Ona görə də həm Müdafiə Nazirliyi, həm də Daxili İşlər Nazirliyi bu istiqamətdə işləri sürətləndirməlidir və edəcəklər də”.
Mərahim Nəsib
































































































