"Belə çıxır ki, küçəni süpürən vergi ödəyəcək, amma 8 min alan İT mütəxəssisi ödəməyəcək..."

Hazırda oxunan: "Belə çıxır ki, küçəni süpürən vergi ödəyəcək, amma 8 min alan İT mütəxəssisi ödəməyəcək..."

579120
“Həmkarım Razi Nurullayev çox emosional vəziyyətdə qeyd elədi ki, bu layihəni çox sevinclə qarşılayır. Amma bu layihə sosial ədaləti pozur”.
 
Moderator.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Vergi Məcəlləsinə edilən dəyişiklə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.
 
Millət vəkili əlavə edib ki, belə çıxır ki, küçəni süpürən və 500 manat maaş alan insan vergi ödəyəcək, amma İT mütəxəssisi 8 min manata qədər maaş alacaq, amma gəlir vergisi ödəməyəcək:
 
“Bunun maaşını qaldırmağa ehtiyac var. 8 min almasın, 10-15-20 min manat alsın. Dünyanın hər yerində çox qazanan daha çox vergi ödəyir. Bizdə isə sanki bunun əksi baş verir. Biz bu layihəni geri qaytarmalıyıq. Mən büdcə müzakirələrində dedim. Bu məsələnin üzərində ciddi düşünmək laızmdır. Azərbaycanda faktiki surətdə son zamanlar o qədər vergilərdən və rüsumlardan azadetmələr nəzərdə tutulub ki, büdcəyə çatmalı olan təqribən 7-8 milyard manatı biz ayrı-ayrı fiziki və hüquqi şəxsləri vergi və gömrük rüsumlarından azad etməklə itiririk. Bu tendensiya da davam edir. O zaman büdcəyə kim pul verməlidir? Dediyim kimi, 300, 400, 500 manat maaş alanlar? Bu baxımdan, mən hesab edirəm ki, yanaşma düzgün deyil, sosial ədaləti pozur, konstitusiya ilə ziddiyyət təşkil edir. Bizdə konstitusiyaya görə qanunlar bərabər mənafelərə bərabər münasibət ifadə eləməlidir. Ona görə də mən bunun əleyhinəyəm, həmkarlarımı da çağırıram ki, əleyhinə olsunlar. Hesab edirəm ki, ikinci oxunuşa qədər müvafiq icra hakimiyyəti orqanı ilə bu məsələ təkrar müzakirə olunmalıdır”.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO