Putin üç Yeni il tədbirini ləğv edib və ənənəvi olaraq dostlarla xokkey oynamağa getməyəcək

Putin üç Yeni il tədbirini ləğv edib və ənənəvi olaraq dostlarla xokkey oynamağa getməyəcək

Hazırda oxunan: Putin üç Yeni il tədbirini ləğv edib və ənənəvi olaraq dostlarla xokkey oynamağa getməyəcək

577960
"Böyük mətbuat konfransını ləğv edib, Federal Məclisə müraciət etməyəcək, Qırmızı meydanda xokkey oynamayacaq..."
 
Vladimir Putin Qırmızı meydanda xokkey oyununda iştirak etməyi planlaşdırmır.
 
"Yox, bu il planlaşdırılmır", - bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
 
Moderator.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
 
Son illər Rusiyada Yeni il ənənəsi formalaşıb-dövlət başçısı SSRİ və Rusiya və MXL (Milli Xokkey Liqası) ulduzlarının oyununda iştirak edir. Bu oyunlar Qırmızı meydanda keçirilir.
 
Əvvəllər məlumat verdiyimiz kimi, Vladimir Putin MXL oyunlarında möcüzəli rekordlar nümayiş etdirib.
 
2021-ci ilin avqustunda "Sport.ru" portalında bloq müəllifi Rusiya prezidenti Vladimir Putinin buz üstə sürüşmək tərzini təhlil edib və eyni zamanda güman edib ki, Rusiyanın dövlət başçısının iştirakı ilə keçən oyunlarda keçmişdə məşhur olan sovet xokkeyçiləri şüurlu surətdə ona uduzurlar.
 
Üç gün öncə Dmitri Peskov bəyan edib ki, Yeni ilədək Putin böyük mətbuat konfransını keçirməyi planlaşdırmır.
 
"Bununla yanaşı, biz ümid edirik ki, prezident hər halda jurnalistlərlə ünsiyyətdə olmağa imkan tapacaq. O, bunu müntəzəm olaraq, o cümlədən xarici səfərlər zamanı edir", - Peskov qeyd edib.
 
Rusiyanın dövlət başçısının mətbuat katibi Yeni ilədək prezidentin Federal Məclisə ənənəvi müraciəti də olub- olmayacağı barədə sualını da cavablandırıb.
 
"Bu müraciət barədə hələ dəqiqləşdirmək lazım gələcək".
 
Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri hesab edir ki, Putinin müraciəti ləğv etməsi onunla bağlıdır ki, o, Rusiyanın informasiya məkanını Ukraynada hərbi əməliyyatlarının artan tənqidi fonunda doldurmaq qabiliyyətinə əmin deyil".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO