Gecələr güclü aclıq hissi yəqin ki, hər kəsə tanışdır. Yatmadan əvvəl qida qəbulunun zərərləri haqqında dəfələrlə deyilsə də, bu vərdişdən yaxa qurtarmaq olduqca çətin olur.
Bəs əsasən günün gecə saatlarında gələn güclü aclıq hissinin səbəbi nədir?
Bizim.Media xəbər verir ki, "Obesity" jurnalında dərc olunmuş araşdırmaya görə, gecə saatlarında gələn aclıq istəyi bədənin “sirkadiyalı sistemi”nin işidir. Belə ki, o, daxili saat kimi fəaliyyət göstərərək orqanizmin müəyyən vərdiş etdiyi işləri tam olaraq nə vaxt yerinə yetirməli olduğuna nəzarət edir.
Mütəxəssislərin fikrincə, axşam saatlarında şirin və ya duzlu qidalara olan tələbatı məhz bədənin “sirkadiyalı sistem”i artırır.
Bir zamanlar insan orqanizmindəki bu “sistem” bədənin enerji mənbəyi hesab olunurdusa, təkamül və qida rasionundakı dəyişikliklər səbəbindən artıq orqanizmin piylənməsinə gətirib çıxarır.
Tədqiqatın müəlliflərindən doktor Stephen Shea belə nəticəyə gəlib ki, “sirkadiyalı sistem” gecə aclığın pik həddə çatmasına səbəb olur və bu, yatmazdan əvvəl daha yüksək kalorili qida qəbuluna təşviq edir.
Belə ki, daxili tənzimləmə səbəbindən səhər yeməyindən imtina edib axşamlar yüksək kalorili yeməklər yeməyə meylimiz yaranır.
Qeyd edək ki, sumo güləşçiləri kökəlmək üçün məhz bu cür qida rasionundan istifadə edirlər.
Bizim.Media
- A-
- A
- A+
COP29
07:24 / 24.09.2022
Gecələr güclü aclıq hissinin nədən qaynaqlandığını BİLİRDİNİZMİ?
Hazırda oxunan: Gecələr güclü aclıq hissinin nədən qaynaqlandığını BİLİRDİNİZMİ?
Hazırda oxunan: Gecələr güclü aclıq hissinin nədən qaynaqlandığını BİLİRDİNİZMİ?
95521
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.