Son vaxtlar apteklərdə ucuz dərmanlar tapılmır. Bu məsələ artıq ciddi problemə çevrilib. Vətəndaşların bildirdiyinə görə hər kəs üçün əlçatan olan dərmanların satışı dayanıb. Söhbət Rusiya istehsalı olan dərmanlardan gedir. Hansı ki, eyni tərkibli Avropa dərmanlarından qat-qat ucuz olan bu pereparatları nəinki apteklərdən, depodan belə tapmaq müşkülə çevrilib.
Məcburiyyətdən alıcılara alternativ vasitələr təklif olunur.
Bakterial xəstəliklər əleyhinə olan “Tetrasiklin”, “Levomisetin”, mikrobəleyinə olan “Furasilin”, iltihab əleyinə olan “Luqol”, qrip, zökəm, angina, badamcıq iltihabı və xroniki yorğunluqla bağlı problemlərdə geniş istifadə olunan Luqol, sinir sisteminin müalicəsində effektli olan “Dimedrol”, hipertoniya (yüksək qan təzyiqi) üçün "Raunatin", “Valerian”ın maye məhlulu və digər həblər apteklərdən yığışdırılıb.
Bundan əlavə Azərbaycanda son bir neçə aydır psixiatrik xəstələr üçün vacib dərmanlar də qəhətə çıxıb. Xəstələr hətta ixtisaslı apteklərdən də nevroloji, psixiatrik dərmanları tapa bilmir.
MÖVZU İLƏ BAĞLI:
Apteklərdə DƏRMAN QITLIĞI yaranıb – İnsanları panikaya salan SƏBƏBİ necə aradan qaldırmalı?
Bu isə ağır psixoz, şizofreniya, ruhi xəstələrin müalicəsinin yarımçıq qalmasına səbəb olur. Qeyd edək ki, bu günlərdə psixiatr həkim Abdulla Şıxlinski də psixiatrik xəstələr üçün dərmanların tapılmamasından gilüylənmişdi. O, "Qaloperidol, Triftazin, Klopiksol-Akufaz, Melipramin, Fluanksol, Aminazin, Moditen Depo kimi dərmanların Ukrayna, Rusiya və Belarus istehsalı olduğu üçün Azərbaycana gətirilmədiyini qeyd edib. Psixiatrik xəstəxanada olan xəstələrə məhz bu dərmanların təyin olunduğunu vurğulayan həkim sözugedən pereparatlar olmasa heç bir psixoz tutmasının səngimədiyini açıqlayıb.
Ekspertlərin fikrincə, dərmanların apteklərdən yoxa çıxmasının digər səbəbi isə həmin pereparatlardan qat-qat baha olan Avropa dərmanlarını satmaq və firmalardan əlavə qazanc əldə etməkdir. İşbazlar qəsdən Rusiya istehsallı dərmanları məhz buna görə gətirmirlər.
Analitik Ekspertiza Mərkəzindən (AEM) Bizim.Media-ya bildirilib ki, dərman vasitələrinin idxalı özəl şirkətlər tərəfindən həyata keçirildiyi üçün apteklərdə dərman təminatı AEM-in səlahiyyətləri xaricindədir.
Alçina Amilqızı, Bizim.Media