Sidikdə qan gəlməsi xərçəngin əlamətidir?

Sidikdə qan gəlməsi xərçəngin əlamətidir?

Hazırda oxunan: Sidikdə qan gəlməsi xərçəngin əlamətidir?

89505

Çox zaman kişilər sidikdə ara-sıra qan gördüyündən şikayətlənir.

Bizim.Media xəbər verir ki, həkimlər bunu təhlükəli siqnal kimi dəyərləndirir.

Məşhir uroloq Əhməd Eldefravi bildirib ki, prostat vəzin və sidik kisəsinin xərçənginin ilkin mərhələsində heç bir əlamət hiss olunmur. Xəstəliyi digər simptomlarla səhv salırlar. 

"Xüsusən kişilər həkimə getməyə tələsmir. Amma tez-tez sidiyə getmə, sidik zamanı və sonra beldə küt ağrı  sidik kisəsi və yolu xərçənginin əlaməti ola bilər. Qan şiş artıq böyüdükdə görünə bilər.

Qasıq nahiyədə ağrı, şişkinlik, ümumi yorğunluq, zəiflik, eləcə də sidik kisəsi dolmadan tualetə getmək istəyi, sidiyin maneələrlə gəlməsi xərçəngin əlaməti sayılır.

40 yaşından sonra belə şikayətlər olarsa, dərhal uroloq androloqa getmək lazımdır. Çünki şiş 1-2 ilin içində böyüyüb yan orqanlara keçə bilər", - deyə həkim bildirib. (Medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO