Azərbaycanda VƏBA TƏHLÜKƏSİ – Səhiyyə Nazirliyi AÇIQLAMA verdi

Azərbaycanda VƏBA TƏHLÜKƏSİ – Səhiyyə Nazirliyi AÇIQLAMA verdi

Hazırda oxunan: Azərbaycanda VƏBA TƏHLÜKƏSİ – Səhiyyə Nazirliyi AÇIQLAMA verdi

88852

İranda vəba yayılıb. İlkin məlumata görə, xəstəlik 62 nəfərdə aşkarlanıb. Xəstələrin əksəriyyəti ölkənin qərbində yerləşən Kirmanşah, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində yaşayanlardır. 

Məlumatda bildirilir ki, xəstəliyə yoluxanlar yaxın vaxtlarda qısa müddətə qonşu ölkəyə gedib-gələnlər arasındadır.  

İraqın şimalındakı Ərbil, Süleymaniyyə və Kərkük şəhərlərində də vəbanın yayılması artıq təsdiqini tapıb. İyunun 21-də Kərkükdə bir nəfərin bu xəstəlikdən öldüyü açıqlanıb.

Sərhəddin o tayında yayılan vəbanın ölkəmizə keçmək ehtimalı nə qədərdir? - sualı ilə Səhiyyə Nazirliyinə müraciət etdik. 
 

MÖVZU İLƏ BAĞLI:

İranda FƏLAKƏT – Vəba yayılır 


Nazirliyin açıqlamasına görə, kəskin bağırsaq infeksiyalarına aid olan vəba xəstəliyinin yayılması əsasən vəba törədiciləri ilə çirklənmiş su, bəzi hallarda isə qida və təmas yolu ilə baş verir: 

“Xəstəliyin hava ilə yayılması mümkün deyil. Ölkəmizdə vəba xəstəliyi ilə bağlı vəziyyət daim nəzarət altında saxlanılır. Ölkəyə daxil olan və ölkəni tərk edən yerli və ya xarici vətəndaşların səhhətində hər hansı oxşar əlamətlər aşkarlanarsa, həmin şəxslər müvafiq tibbi müayinələrdən keçirilir. 

Səhiyyə Nazirliyinin 12 iyun 2019 -cu il tarixli 45 N-li əmrinə əsasən Respublika ərazisində vəba xəstəliyinə qarşı genişmiqyaslı tədbirlər həyata keçirilir. Belə ki,  may ayından başlayaraq oktyabr ayının sonuna kimi ölkə ərazisində vəba xəstəliyinə qarşı bütün qabaqlayıcı tədbirlər, həmçinin su hövzələri üzərində monitorinqlər aparılır. Götürülən nümunələr ayda 2 dəfə olmaqla toplanıb, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilir. Mütəmadi həyata keçirilən laboratoriya müayinələri nəticəsində uzun illərdir ki, vəba törədiciləri aşkar olunmayıb”. 
 

Açıqlamada o da qeyd edilir ki, digər olkələrdən vəba xəstəliyinin ölkəmizə gətirilməsinin qarşısının alınması üçün həm ölkənin sərhəd buraxılış məntəqələrində, həm də ölkə ərazisində etibarlı və sistemli sanitariya-epidemioloji nəzarəti təşkil olunub.


Xəstəliyin əlamətlərinə görə şübhəli şəxs müəyyən olunarsa, bu zaman Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində laboratoriya diaqnostikasını aparmaq üçün lazımı ləvazimat və reaktivlər var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO