“Ölkəmizdə koronavirusun hansı variantının getdiyini bilmirik” - HƏKİM

“Ölkəmizdə koronavirusun hansı variantının getdiyini bilmirik” - HƏKİM

Hazırda oxunan: “Ölkəmizdə koronavirusun hansı variantının getdiyini bilmirik” - HƏKİM

8719

Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının ikinci ilinin bəşəriyyət üçün birincisindən daha təhlükəli olduğunu açıqlayıb. Bu fikirlərlə çıxış edən ÜST-ün fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan hesab edir ki, bu il koronavirusun yayılma dinamikası daha çətin ola bilər.  

Məsələ ilə bağlı Bizim.Media-ya danışan tanınmış həkim-terapevt Rasif Bağırov virusun çox sürətlə mutasiyaya uğradığı bir vaxtda epidemioloji durumun bu il də ağır keçəcəyini gizlətməyib:

 

MÖVZU İLƏ BAĞLI:

ÜST ekspertləri Çindədir - Koronavirusun mənşəyi araşdırılır

ÜST: ''42 ölkədə peyvəndləmə başlayıb''


“Virus son dönəmlərdə çox sürətlə mutasiyaya uğrayır. Koronavirusun orqanizmdə yaratdığı əvvəlki iltihabının əlamətlərini götürmək həkimlərə müəssər olurdu. Yaşlı qrupa daxil olan insanlar sağalıb, əvvəlki həyatlarına qayıdırdı. Hazırda virusun müxtəlif ölkələrdə mutasiya növləri yayıldığından ÜST belə açıqlamalar verir.

Mutasiyanın müalicə metodunun tapılması, stabilləşdirilməsi və tədricən aradan qaldırılması həkimlərin müəyyən qədər zamanını alır. Zaman müddətində mutasiyanın getdikcə yayılacağı nəzərə alınaraq pandemiyanın ikinci ildə daha ağır keçəcəyi proqnozlaşdırılır. Bundan əlavə istehsal olunan bütün peyvəndlərin koronavirusdan əlavə mutasiyaya qarşı təsirli olacağı məsələsi də bu gün qaranlıqdır.

"Bu səbəbdən həm COVİD-19-un, həm də virusun mutasiyaya uğramış yeni növlərinin yayılması ümumilikdə pandemiyanın ağır keçəcəyindən xəbər verir”. Həkim Azərbaycanda da virusun mutasiyaya uğramış yeni növünün mövcudluğunu istisna etməyib".

“Ölkəmizdə də tədqiqat aparılsaydı, virusun mutasiyaya uğramış başqa bir növü tapılardı. Bizdə o tədqiqat aparılmadığından koronavirusun hansı variantının getdiyini bilmirik. Amma müalicə prosesində insanlarda elə variantlara rast gəlinir ki, pandemiyanın ilkin dövründə bu növlər yox idi və müalicə prosesinə uyğun gəlmir”,- deyə R.Bağırov fikrini tamamlayıb.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO