Meymunçiçəyi xəstəliyinin SİMPTOMLARI AÇIQLANDI – RƏSMİ

Meymunçiçəyi xəstəliyinin SİMPTOMLARI AÇIQLANDI – RƏSMİ

Hazırda oxunan: Meymunçiçəyi xəstəliyinin SİMPTOMLARI AÇIQLANDI – RƏSMİ

86954

Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi (TƏBİB) meymunçiçəyi xəstəliyinin simptomlarını açıqlayıb.

Bizim.Media TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, meymunçiçəyi virusunun əlamətləri baş ağrıları, bədənin hər hansısa hissəsində yaranan qabarıq səpgilər, yüksək hərarət, düz bağırsaqda iltihab və ağrı, limfa düyünlərində şişkinlik və əsasən bel ağrıları ilə özünü biruzə verə bilər.

Əgər meymunçiçəyi xəstəliyinə yoluxduğunuzu düşünürsünüzsə həkiminizlə əlaqə saxlayın. Daha sonra həkim tövsiyəsinə uyğun olaraq meymunçiçəyi ilə bağlı test verin.
Meymunçiçəyindən qorunmaq üçün əllərinizi tez-tez sabun ilə yuyun, dezinfeksiyaedici vasitələrdən istifadə edin.

Xəstəliyin simptomlarını hiss etdiyiniz insanlarla ünsiyyətdən çəkinin, onlarla aranızda fiziki məsafə saxlayın.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO