Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinə yoluxmuş insanla əlaqədə olanlara, həmçinin yoluxma riski yüksək olanlara: tibb işçilərinə, tibbi laboratoriyaların əməkdaşlarına məqsədli vaksinasiyadan keçməyi tövsiyə edib.
Bizim.Media xəbər verir ki, bu barədə ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyesus keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, bu günə qədər dünyanın 78 ölkəsində meymunçiçəyinə yoluxma ilə bağlı 18.000 hadisə qeydə alınıb.
Həmçinin Kanada, Avropa İttifaqı və ABŞ-da MVA-BN vaksini meymunçiçəyinə qarşı istifadə edilmək üçün rəsmən təsdiqlənib.
Hazırda qeydiyyata alınmış yoluxma hallarının 70 faizdən çoxu Avropa İttifaqının, 25 faizi Amerika ölkələrinin payına düşür. Meymunçiçəyinə yoluxmuş beş nəfər ölüb.
Bizim.Media
- A-
- A
- A+
COP29
12:54 / 28.07.2022
Dünyada meymunçiçəyinə yoluxma 18 minə çatdı
Hazırda oxunan: Dünyada meymunçiçəyinə yoluxma 18 minə çatdı
Hazırda oxunan: Dünyada meymunçiçəyinə yoluxma 18 minə çatdı
85882
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.