Britaniyalı alimlərdən SENSASİON AÇIQLAMA: “Tətbiq olunan müalicə metodlarının 95%-i səhvdir”

Britaniyalı alimlərdən SENSASİON AÇIQLAMA: “Tətbiq olunan müalicə metodlarının 95%-i səhvdir”

Hazırda oxunan: Britaniyalı alimlərdən SENSASİON AÇIQLAMA: “Tətbiq olunan müalicə metodlarının 95%-i səhvdir”

82580

Böyük Britaniyanın Oksford universitetinin alimlərindən ibarət böyük beynəlxalq heyət hazırda tibdə tətbiq olunan əksər müalicə metodlarının effektini, faydasını araşdırıb. Elmi işin nəticəsi “Journal of Clinical Epidemiology” dərgisində çap olunub. Alimlər Kokranovski kitabxanasının məlumat bazasındakı çoxsaylı klinik tədqiqatları araşdırıb. Onlar sübutlu təbabətə aid 2008-2021-ci illərə aid 1600 müalicə metodunun effektini, zərərini aydınlaşdırıb.

Müalicə ptotokolu 95 faiz fayda vermir

Nəticələr göstərib ki, pasiyentlərə sübutlu akademik təbabətdə, yəni həkimlərin protokollara uyğun təyin etdiyi bu və ya digər müalicə metodları xəstələrdə 95% halda real fayda vermir.

Bununla yanaşı dərman və müalicələrin neqativ nəticələri barədə 33% faktlar mövcuddur.Elmi məqalə müəllifləri bildirir ki, xəstələrə müalicə və dərmanların potensial zərəri barədə informasiya qıtlığı azdır, bu sahədə elmi işlər də aparılmayıb.

Həkimlər təyin etdiyi müalicəsinin risk dərəcəsini bilmir, fayda ilə zərər arasında balansı gözləmir. Çünki bunun üçün məlumat bazası yoxdur. Ona görə də hazırda həkimlərin təyin etdiyi müalicələrin xəstələri tam sağaltdığını demək mümkün deyil. Statistika və müqayisəli təhlil aparılmır, həkimlər özləri belə müalicələrinin qarantı deyil.

Bəs, milyonlarla insan necə sağalıb?

Məsələ ilə bağlı Bizim.Media tanınmış həkim Vaqif Qarayevin fikirlərini öyrənib.
 

O, bildirib ki, “praktik təbabətdə müalicə deyilən bir protokol anlayışı var. Yəni sübutlu təbabət hər hansı bir xəstəliyin müayinəsini və müalicəsini təsdiq edibsə, o istiqamətdə müalicə protokolu hazırlanır.


Və həkim də müalicə prosesində həmin protokola əməl etməlidir. Bütün dünyada belədir. O baxımdan bu yazılanlar inandırıcı gəlmir.Yəni bütün müalicələr effektsiz olubsa, onda dünyada yüz minlərlə insan necə sağalıb? Bu deyilənlər bəlkə də bir ajiotaj məqsədi ilə dövriyyəyə buraxılıb. Amma yenə deyirəm istənilən həkim müalicə protokolundan istifadə edir. Və bu protokol on illərin sınağından keçib”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO