Xəstəlikdən sonra iybilməni bərpa etmək üçün tövsiyələr

Xəstəlikdən sonra iybilməni bərpa etmək üçün tövsiyələr

Hazırda oxunan: Xəstəlikdən sonra iybilməni bərpa etmək üçün tövsiyələr

7971

Koronavirusa yoluxub sağalanlarda bir sıra əlamətlər uzun müddət davam edir. Onlardan biri də dad və qoxu hissinin itməsi, xəstələrin real iyləri deyil, pis qoxu hiss etmələridir.

Bizim.Media bildirir ki, virusdan sağalanların bir çoxu əslində normal olan iyləri, məsələn, balıq qoxusunun iyrənc olduğunu deyirlər. Həm də şirin qoxulardan bəhs edirlər.

Professor Nirmal Kumara hesab edir ki, bu, əsasən SARS-CoV-2-nin neyrotrop bir virus olması ilə izah edilə bilər.

Virus damaqdakı sinirlərə təsir edir, bu isə sinir sistemi üçün bir şokdur.

Mütəxəssislər qoxu pozğunluğu olan insanlara bu halı aradan qaldırmaq üçün gündəlik məşq etmələrini tövsiyə edirlər.

Məsələn, məşqlər qızılgül, mixək, limon kimi təbii iyləri və ya kofeni 20 saniyə ərzində qoxulamaqdan ibarət ola bilər.

Bu, funksiyanın bərpasını sürətləndirəcəkdir. (e-tibb)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO