Uşaqların saçı nədən tökülə bilər?

Uşaqların saçı nədən tökülə bilər?

Hazırda oxunan: Uşaqların saçı nədən tökülə bilər?

7970

Böyüklər kimi uşaqlarda da saç tökülməsi olur. Bu, bir çox hallarda normal proses olsa da, bəzən hansısa xəstəlik nəticəsində baş verir.

Saç tökülməsi həm saçın, dərinin problemi, həm də hansısa xəstəliyin əlaməti də ola bilər.

Bizim.Media xəbər verir ki, peditar, uzman həkim Ülvi Əliyev "Uşağın saçı niyə tökülür?" sualına cavab olaraq bunları bildirib:

"Analar çox vaxt buna görə narahatlıq keçirirlər. Görəsən hansı xəstəliyin əlamətidir, raxitdirmi və s.

Əslində doğuşdan sonrakı aylarında bu, normal haldır. Allergik uşaqlarda başın arxasının sürtülməsi ilə daha çox olur.

Hər gün 100-ə qədər saç tökülməsi normaldır. Saç tökülməsinə alopesiya deyirlər. Yerli və yayılmış ola bilər.

İnfeksion, genetik, endokrin, revmatik, toksik, qidalanma səbəblərindən ola bilər. Dəmir azlığı, sink defisiti, qalxanvarı vəzi xəstəliklərində də çox rast gəlinir.

Qız uşaqlarında Afrika tipli saç hörgüsü də keçəlliyə səbəb ola bilər. Stresli uşaqlar tükləri özləri yola bilərlər.

Buna trixotillomaniya deyirlər. Səbəbi araşdırıldıqdan sonra uyğun mütəxəssisə yönləndirmək ən doğru addımdır". (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO