Azərbaycanda COVID-19-la bağlı tədqiqat başladı - NAZİRLİK

Azərbaycanda COVID-19-la bağlı tədqiqat başladı - NAZİRLİK

Hazırda oxunan: Azərbaycanda COVID-19-la bağlı tədqiqat başladı - NAZİRLİK

79215

"COVID-19-a qarşı vaksinasiyanın effektivliyi həm tədqiqatlarda, həm də real həyatda bir daha öz təsdiqini tapır. Vaksinasiyanın sürəti, əhatəliyi və effektivliyinə görə nümunəvi ölkələr sırasında olan Azərbaycanda ilk növbədə tibb işçiləri, yaşlı, immuniteti çox zəif olan və xronik xəstəliklərdən əziyyət çəkən şəxslərin vaksinasiyası sayəsində bir çox ölümlərin və ağır xəstəlik hallarının qarşısı alınmış oldu". 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev deyib. 

O qeyd edib ki, bu mərhələdə aparılan tədqiqat sayəsində, infeksiyanı təbii keçirmiş və 2, 3 və hətta 4 doza vaksinasiyadan sonra immunitetin nə qədər qalıcı və güçlü olduğunu müəyyən etmək imkanı yaranacaq.

Həmçinin payız və qış aylarında COVID-19 ilə yanaşı, qrip infeksiyası hallarının artma potensialını və iki infeksiyaya məruz qalan şəxslərin daha ağır xəstəlik keçirməsi ehtimalını nəzərə alaraq, tədqiqatın bu ikinci mərhələsində qrip virusunun yayılması və başvermə tezliyi də öyrəniləcək.
Beləliklə, tədqiqat həm COVID-19, həm də qripə qarşı daha mükəmməl ictimai səhiyyə və antiepidemik tədbirlərin formalaşdırılması və həyata keçirilməsinə imkan verəcək, qərarların qəbulunun isə elmi sübutlara dayanıqlı olmasını təmin edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO