Azərbaycanda meymunçiçəyinə yoluxma ilə bağlı Nazirdən AÇIQLAMA 

Azərbaycanda meymunçiçəyinə yoluxma ilə bağlı Nazirdən AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycanda meymunçiçəyinə yoluxma ilə bağlı Nazirdən AÇIQLAMA 

77961

"Dünyada meymunçiçəyi virusuna yoluxan xəstələrin sayı artsa da, Azərbaycanda həmin virusa yoluxma halı qeydə alınmayıb". 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib. 

“Meymunçiçəyi virusu ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının istər ölkə, istərsə də Avropa Bürosu ofisləri ilə mütəmadi olaraq təmasdayıq. Azərbaycanda meymunçiçəyi virusunun yayılmasına şərait yaradan amillər yoxdur. Ümid edirik ki, əhalinin gigiyenik qaydalara riayət etməsi həmin virusun ölkəmizdə yayılmasına imkan verməyəcək” – deyə nazir qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO