İrandan sonra AZƏRBAYCAN – Ölkədə meymunçiçəyinə yoluxma var? – Rəsmi AÇIQLAMA

İrandan sonra AZƏRBAYCAN – Ölkədə meymunçiçəyinə yoluxma var? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: İrandan sonra AZƏRBAYCAN – Ölkədə meymunçiçəyinə yoluxma var? – Rəsmi AÇIQLAMA

76840

Hazırda bir neçə ölkədə yoluxma faktı aşkarlanmış meymunçiçəyi ilə bağlı durum ciddiləşir. 

Xəstəliyin Mərkəzi və Qərbi Afrika ölkələri, ABŞ, Böyük Britaniya, Portuqaliya, Çex, Praqa və bu yaxınlarda isə İranda qeydə alındığını nəzərə alsaq, Azərbaycanda da bu xəstəliyin aşkar edilməsi mümkündür. 

Bəs, ölkəmizdə bununla bağlı vəziyyət necədir?

Səhiyyə nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev Bizim.Media-ya açıqlamasında Azərbaycanda meymunçiçəyinə yoluxma aşkarlanmadığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Meymunçiçəyi bir insanda özünü göstərmədən başqasına keçir - ÜST


“Azərbaycan ərazisində bugünkü tarixədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb”.

Məlumat üçün bildirək ki, xəstəliyin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.

Mütəxəssislər qeyd edir ki, səhiyyə sistemi inkişaf etmiş ölkələrdə bu xəstəlikdən ölüm riski çox aşağıdır. Bununla belə, virus uşaqlar və immuniteti zəif olan insanlar üçün hələ də təhlükəlidir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO